İş adamları Ermənistandan qaçırlar
Tarix: 27.04.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


"Qraparak": “Müxtəlif iş adamları öz biznes və sərmayələrini ölkədən çıxarmağa başlayıblar”

“Mən bunun belə bir sonluqla bitəcəyinə inanırdım. 2008-ci ildən bəri dövlət rəhbərliyinin şüurlu olaraq həyata keçirdiyi miqrasiya ilə etirazçı kütlənin Ermənistanı tərk etdiyini düşünürdülər. Lakin son proseslər göstərir ki, miqrasiyanın böyük miqyasına baxmayaraq, Ermənistanda sosial problemlərə görə hakimiyyətə qarşı mübarizə aparmaq üçün kifayət qədər kütlə varmış”. Bu fikirləri “1in.am” saytına İnsan hüquqları müdafiəçisi Vardan Harutyunyan Serj Sarkisyanın istefasını şərh edərkən deyib. Hüquq müdafiəçisi, bu qədər insanın meydana çıxacağını təsəvvür etmədiyini bildirsə də, Nikol Paşinyanın bu istiqamətdəki fəaliyyətini alqışladığını bildirib. Saytın “etirazların ilk günlərində Serj Sarkisyanın zorakı qərarlar qəbul etməsinə nə mane oldu” sualını cavablandıran hüquq müdafiəçisi bunları bildirib: “Bu hakimiyyətin hər zaman yalnız bir seçimi var idi. Onlar hakimiyyətdə olduqları on il ərzində hər şeyin yalnız güc yolu ilə həllini seçiblər. Onların düşüncəsinə görə, cəmiyyət həmişə təzyiq altında olmalı idi. Lakin ölkədə baş alıb gedən narazılıq, agır sosial-iqtisadi vəziyyət insanlar hakimiyyətə qarşı qaldırdı. Baş verənlər Sarkisyan hakimiyyətinin planlarına daxil deyildi”. Hüquq müdafiəçisinin sözlərinə görə, baş verən proseslər Ermənistan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. "Qraparak" nəşri də Ermənistanda yaşananların ölkə iqtisadiyyatı üçün fəlakətlə nəticələnə biləcəyini yazır. Nəşrin yazdığına görə, müxtəlif iş adamları öz biznes və sərmayələrini ölkədən çıxarmağa başlayıblar. "Qraparak" nəşri yazır ki, bu siyahıya təkcə yerli iş adamları deyil, ölkəyə investisiya yatırmaq istəyən xarici iş adamlarını da daxil etmək lazımdır. Xarici biznes nümayəndələri ölkəni tərk etməyə başlayıb: “Onlar bu qeyri-sabit vəziyyətin uzun müddət davam edə biləcəyindən, yeni hakimiyyətin onları əmlaklarından məhrum edə biləcəyindən ehtiyat edirlər. Məsələn, bizim məlumatımıza görə, Rusiyada yaşayan və “Avilon” şirkətinin prezidenti olan Kamo Avaqumyan “Artfood” zavodunun 75 faizini əldə etmək üçün danışıqlar aparırdı. Lakin son olaylardan sonra danışıqlar dayandırılıb”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info