“İxtiraçılıqla bağlı Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 27.04.2018 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Müsabiqəyə 73 ixtira patenti təqdim olunub ki, bu da əvvəlki illərin müsabiqələri ilə müqayisədə təqribən 2 dəfə çoxdur

“Əqli mülkiyyət obyektlərinin mühafizəsinin inteqrasiyalı inkişafı dövlətin siyasətində prioritet istiqamət kimi daim diqqət mərkəzindədir.” Bu sözləri Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru Günel Sevdimalıyeva Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə "İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi"nin qaliblərinin mükafatlandırılmasına həsr edilən tədbirdə bildirib. Günel Sevdimalıyeva müasir elmi-texnoloji yeniliklərin bütün sahələrdə əmək məhsuldarlığına və rəqabətqabliyyətliliyin yüksəldilməsinə xidmət etdiyini, patent sisteminin inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdiyini, beynəlxalq əlaqələrin möhkəmləndiyini, həmçinin idarəetmənin dünya təcrübəsinə uyğunlaşdırıldığını deyib. Dövlət başçısının fərmanına əsasən bu sahədə fəaliyyət göstərən qurumların birləşmə formasında yenidən təşkili yolu ilə yaradılan Əqli Mülkiyyət Agentliyi bu istiqamətdə atılmış növbəti uğurlu addımdır. Baş direktor milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanmasının aktual məsələ kimi ortaya qoyulduğunu qeyd edib. O, beynəlxalq təcrübədə sahibkarların innovativ təşəbbüslərin meydana çıxmasında fəal olduqlarını və bir çox hallarda, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiraların sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açdığını və böyük iqtisadi uğurla nəticələndiyini söyləyib. G.Sevdimalıyeva ölkəmizdə elm və texnologiyaların inkişafına dəstək, bu sahədə fəaliyyət göstərən alimlərin işinin stimullaşdırılması istiqamətində artıq beşinci dəfə keçirilən Respublika Müsabiqəsi haqqında da məlumat verib. O, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, tətbiqi mümkün sayılan innovasiya xarakterli ixtiraların, texnologiyaların yaradılması və Azərbaycanda elmin, sənayenin, təsərrüfatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi üçün müsabiqə komissiyasının yaradıldığını və sənəd qəbulunun uğurla yekunlaşdığını diqqətə çatdırıb. İxtiraçıların, patent sahiblərinin uğurlarının onların əqli mülkiyyət nəticələrinin təsərrüfatda, sənayedə tətbiqindən asılı olduğunu deyən G.Sevdimalıyeva cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan marağın bunun əyani sübutu olduğunu, hər il keçirilən müsabiqənin ixtiraçılar arasında geniş populyarlıq qazandığını, müsabiqədə iştirak etmək üçün müraciət edənlərin sayının ildən-ilə artdığını qeyd edib. Bildirib ki, bu il keçirilən "İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi"nə 73 ixtira patenti təqdim olunub ki, bu da əvvəlki illərin müsabiqələri ilə müqayisədə təqribən 2 dəfə çoxdur. Onun sözlərinə görə, müsabiqənin Təşkilat Komitəsinə daxil olan 73 ixtira patentin 18-i 1-ci, 2-ci, 3-cü və həvəsləndirici yerlərə layiq görülüb. G.Sevdimalıyeva, həmçinin vurğulayıb ki, ötən illərdən fərqli olaraq, bu il mükafata layiq görülən ixtiralarla bağlı Nazirlər Kabinetinə və Prezident yanında Elmin İnkişafı Fonduna müraciət edilməsi barədə qərar qəbul edilib. Nazirlər Kabinetinə müraciətdə bu patentlərin istehsalatda tətbiqi ilə bağlı aidiyyəti qurumlara göstəriş verilməsi tövsiyə edilib. Sonra ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mühəndislik Akademiyası, Müdafiə Sənayesi Nazirliyi və digər aparıcı elmi təşkilatların nümayəndələrindən ibarət Müsabiqə Komissiyası müəyyən edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info