Brüsseldə Suriya üzrə beynəlxalq konfrans keçirilib
Tarix: 27.04.2018 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Makron: “Fransa Suriyada hərbi iştirakını artıracaq”

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı və BMT-nin təşkilatçılığı ilə Suriya üzrə beynəlxalq konfrans keçirilib. Konfransda 57 ölkə iştirak edib. Konfrans qəbul etdiyi yekun bəyanatda Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyib. "Konfrans BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Cenevrə Kommünikesinə uyğun olaraq yalnız hərtərəfli və həqiqi siyasi həllin Suriya münaqişəsinin davamlı dayandırılması və regionda gərginliyin qarşısını almasını təmin edəcəyini təsdiqləyir"- deyə, sənəddə deyilir. Eyni zamanda Avropa diplomatiyasının rəhbəri Federika Moqerini və BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura birgə bəyanatla çıxış edərək Suriyadakı vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) verilməsinin tərəfdarı olduğunu bəyan ediblər: “Hərbi cinayətlər, beynəlxalq humanitar hüquq və insan haqlarının pozulması halları araşdırılmalıdır”. Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirdiyi mətbuat konfransında bəyan edib ki, Fransa Suriyada hərbi iştirakını artıracaq: “Biz Suriyadakı beynəlxalq koalisiyanın fəaliyyətinə verdiyimiz töhfəni artırmaq niyyətindəyik. “İŞİD”-lə mübarizə məsələsində bütün öhdəliklərimizə sadiqik. Biz bu ümumi mübarizədə iştirak edirik və bunu sonadək davam etdirəcəyik. Bölgədəki təhlükəsizliyi möhkəmləndirmək üçün müttəfiqlərimizlə birlikdə çalışacağıq”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info