Hərbi qulluqçular Gəncədə Mir Cəlal Paşayev muzeyini ziyarət ediblər
Tarix: 27.04.2018 | Saat: 06:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində görkəmli alim, pedaqoq və istedadlı yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin ad günündə - aprelin 26-da Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Gəncə şəhərində Mir Cəlal Paşayev muzeyində olub və unudulmaz böyük sənətkarı hörmət və ehtiramla yad ediblər.
Muzeyin direktoru İradə İbayeva muzeyin ekspozisiyası, burada nümayiş etdirilən fotolar, sənədlər, kitablar və xatirə əşyaları haqqında geniş məlumat verib. Hərbi qulluqçuların nəzərinə çatdırılıb ki, Mir Cəlal Paşayev Cənubi Azərbaycanda, Təbriz yaxınlığındakı Əndəbil kəndində doğulsa da, ailəsinin Gəncəyə köçməsi ilə əlaqədar taleyini uşaqlıqdan bu şəhərlə bağlayıb. Onun formalaşmasında Gəncə mühitinin müstəsna rolu olub.
Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Mir Cəlal Paşayevin yaradıcılığında müharibə və qəhrəmanlıq ənənələri barədə geniş söhbət açıb. O qeyd edib ki, Böyük Vətən müharibəsinin ilk günlərində digər yaradıcı ziyalılarımız kimi, Mir Cəlal da öz qələmini süngüyə çevirib və xalqı faşizmə qarşı mübarizəyə səsləyən bir çox əsərlərlə müharibə dövrü ədəbiyyatımızı zənginləşdirib. Mir Cəlal Paşayev dəfələrlə cəbhələrdə döyüşən Vətən oğulları ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıb və obrazlarını yaradıb. Mir Cəlalın müharibə illərində yazdığı “Yollar”, “Qardaş qanı”, “Şərbət”, “Odlu mahnılar”, “Atlı”, “Mərcan nənə”, “Vətən yaraları” hekayələri, eləcə də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov haqqında yazdığı silsilə oçerklər bu gün də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
A.Qurbani vurğulayıb ki, Xalq Şairi Səməd Vurğun “Vətən müharibəsi və ədəbiyyatımız” adlı geniş məruzəsində digər şair və yazıçılarımızla yanaşı, Mir Cəlalın hekayələrinin də adını iftixarla çəkib. O yazırdı ki, Mir Cəlalın “Vətən yaraları” hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum.
Mir Cəlal bu gün də müasirdir və onun əsərləri Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində, düşmənə nifrət hissinin aşılanmasında öz aktuallığını qoruyub saxlamaqdadır.
Sonra hərbi qulluqçular muzey kompleksində Mir Cəlal Tədqiqat-Araşdırma Mərkəzi və onun yaşadığı məhəllə ilə tanış olublar.
Hərbi qulluqçulardan Xəyal Namazov, Orxan Bələdov və Tahirə Hüseynova Mir Cəlal Paşayevin mütaliə etdikləri əsərləri barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda muzey tərəfindən hərbi hissənin kitabxanasına Mir Cəlal Paşayevin kitabları hədiyyə edilib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info