İsmayıllıda Çernobıl əlilləri ilə görüş
Tarix: 27.04.2018 | Saat: 12:53:00 | E-mail | Çapa göndər



İsmayıllıda Çernobıl faciəsinin 32-ci il dönümü ilə əlaqədar əlillərlə görüş keçirilib.
Çernobıl əlillərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri görüşdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü reaktorunda baş verən partlayışın acı nəticələri barədə danışıb, qəzanın nəticələrinin aradan qaldırılmasında 32 İsmayıllı sakininin də iştirak etdiyini bildirib. Artıq onlardan 10 nəfərinin həyatını itirdiyini, qalanlarının isə əlillik həyatı yaşadığını söyləyib. R.Ağayev ölkəmizdə əlillərə göstərilən dövlət qayğısından, bununla əlaqədar ümummilli lider Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin imzaladıqları sərəncam və fərmanları diqqətə çatdırıb.
Görüşdə DSMF-nin rayon şöbəsinin müdiri Kamran Muradov çıxış edərək Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin pensiya və müavinətlərinin dövlətimizin başçısı tərəfindən dəfələrlə artırıldığını, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlərin həyata keçirildiyini söyləyib.
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Məleykə Lətifova onlara göstərilən diqqət və qayğıya görə əlillər adından dövlətimizin başçısına minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info