Yaponiyalı biznesmenlərə AXC və Heydər Əliyevin yubileyi ilə bağlı məlumat verilib
Tarix: 27.04.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Yaponiyanın paytaxtı Tokio şəhərində Sərhədləri Aşanlar (Cross Border) Klubunun təşkilatçılığı ilə yaponiyalı biznesmenlər üçün keçirilmiş tədbirdə həmvətənimiz, ötən 6 ildə Yaponiya hökuməti təqaüdçüsü, konfliktoloq, diaspor fəalı Əlibəy Məmmədov yerli biznesmenlərə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illiyi bağlı geniş çıxış edib.
Əlibəy Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik respublikadır. Ölkənin bütün vətəndaşlarına, dilindən, dinindən, milliyətindən asılı olmayaraq bərabər hüquq tanıyıb. Ölkənin əsas atributları, himnimiz, bayrağımız qəbul edilib. Ölkənin rəsmi dili azərbaycan dili olub. Ölkənin mədəniyyəti inkişaf edib. Təəssüflər olsun ki, cəmi iki il ayaqda qalmışdır. Sonra 71 il Sovet hakimiyyəti tərəfindən idarə olunmuş Azərbaycan 1991-ci ildə nəhayət öz müstəqilliyinə qovuşmuşdur. İlk illər çox ağır və çətin keçmişdir. Ölkəni parçalamağa çalışan, üsyanlar edən, hakimiyyət uğrunda vuruşanlar olmuşdur. Ölkənin iqtisadi-siyasi vəziyyəti tamamilə qeyri-stabil olmuşdur.
1993-cü ilin iyun ayından etibarən ölkədə hakimiyyət xalqın tələbi ilə Heydər Əliyevə keçir. Onun hakimiyyətə gəlməsi ilə ölkənin iqtisadi-siyasi durumu stabilləşməyə doğru gedir. 2003-cü ildən sonra isə Heydər Əliyev kursunun layiqli və uğurlu davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan iqtisadiyyatı görünməmiş inkişaf yolu keçir. 2004-2010-cu illərdə sıçrayışlı inkişaf yolunu keçən Azərbaycan dünyada sayılıb-seçilən, hörmət olunan dövlətə çevrilir. Dünya ölkələri regional və qlobal problemlərin həllində Azərbaycanla hesablaşmağa çalışırlar.
Sonda Əlibəy Məmmədov onu da qeyd etmişdir ki, Azərbaycanda bu ilin oktyabr ayında Yaponiya məhsullarının sərgisi keçiriləcək: “Buna çox ciddi hazırlıq gedir. Təxminən 100-dən çox yapon şirkətinin iştirakı gözlənilir. Bu, təbii ki, hər iki ölkə arasında iqtisadi və biznes əlaqələrini yüksək səviyyədə inkişaf etdirəcəkdir. Eyni zamanda hər iki ölkə arasında həm təhsil, həm də məhsul mübadiləsini daha da zənginləşdirəcəkdir.
Azərbaycan və Yaponiya münasibətlərində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyuruq. Bu işdə hər birimiz var gücümüzlə çalışmalıyıq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info