Sumqayıtda konfrans keçirilib
Tarix: 27.04.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak ediblər.
Tədbirdə çıxış edən universitetin rektoru professor Elxan Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı bir daha təsdiq edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını yüksək qiymətləndirən rektor dövlətimizin başçısının tarixi keçmişimizə, Cümhuriyyət tarixinə xüsusi ehtiramını diqqətə çatdırıb.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edən rektor vurğulayıb ki, cəmi 23 aylıq fəaliyyəti dövründə respublika xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Qısa vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyəti bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoyub. Həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxaraq, milli dövlətçilik ənənələrinin formalaşdırılması işində böyük rol oynaıb.
Ən yeni tariximizə nəzər salan rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başlayıb. Ulu Öndər Azərbaycanda dövlətçiliyin qorunması üçün qəti tədbirlər həyata keçirib, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib. Bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirib.
Konfransda SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində”, AzTU-nun İctimai fənlər kafedrasının müdiri professor Şikar Qasımov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımız itirilmiş dövlətçiliyini bərpa etdi”, ADİU-nun humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərov “Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk mərhələsində (1918-ci il may-noyabr ayları)” mövzularında məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransına respublikada fəaliyyət göstərən ali məktəblərdən 122 tezis qəbul olunaraq toplu şəklində çap olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info