Pensiya qanunvericiliyimiz dünya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır
Tarix: 27.04.2018 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır

Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir. 
Bu sistem sığorta prinsiplərinə əsaslanır. Yəni pensiya hüququnun əldə edilməsi üçün hər bir şəxsin sistemdə fərdi hesabı olmalı, əldə edilmiş gəlirlərdən müəyyən edilmiş normativlərə uyğun sosial sığorta haqqı ödənilməlidir. Həmin vəsaitin hesabda fərdi uçotu aparılmalıdır və şəxs pensiya yaşına çatdıqda həmin uçot məlumatları əsasında vətəndaşa pensiya təyin edilməlidir. 
Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də dövlət pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi əsasən sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir. Sığorta prinsiplərinin gücləndirilməsi isə toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığını təmin edir. Bu da həmin sistemlərin iştirakçılarına münasibətdə ədalətliliyi təmin edir. Yəni vətəndaş ödədiyi sosial sığorta haqqına mütənasib şəkildə pensiya məbləği almalıdır.
Təəssüf ki, bəzi ekspertlər sosial sığorta sistemini sosial yardım sisteminə bərabər tuturlar. Beləliklə, ictimaiyyətdə mövcud pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar. Onlar özləri pensiya təminatında işləyən və sosial sığorta haqqı ödəyən şəxsləri işləməyən və sosial sığorta haqqı ödəyən şəxslərə bərabər hesab edirlər. Bununla da ədalətsiz yanaşmanı ortaya qoyaraq, formalaşdırdıqları rəyin düzgün olmadığının fərqinə varmırlar. Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Əksinə, onların aradan qaldırılmasına yönəldilməlidir. Bu sistem insanları əmək fəaliyyəti ilə məşğul olmağa, dövlət ödənişlərini etməyə maraqlandırmalıdır. 
Beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə pensiya təminatı ilə əhatə olunmayan və ya bu hüququ qazana bilməyən şəxslərin də sosial müdafiə sisteminin digər proqramları ilə əhatə olunmaq, təminat əldə etmək hüquqları var. 
Qanunvericiliyə görə, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə, o, yaşa görə sosial müavinət almaq hüququna malikdir. Eləcə də həmin şəxslər ünvanlı dövlət sosial yardım proqramına müraciət edə bilərlər. 
Pensiya təminatı sistemində 2017-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklər ölkədə layiqli pensiya təminatı imkanlarının gücləndirilməsinə imkan verib. Bu islahat tədbiri vətəndaşların sığorta-pensiya sistemində daha fəal iştirakını təşviq edir. Beləliklə də, şəxsin pensiya hüququnun onun sosial sığorta sistemindəki iştirakına əsasən müəyyən edilməsi kimi qabaqcıl dünya pensiya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır.
Pensiya təyinatının bilavasitə toplanmış sığorta kapitalı ilə uzlaşdırılması nəticəsində əvvəllər tətbiq olunan 12 illik staj tələbi də aradan qaldırılıb.
Belə ki, əgər sığorta kapitalı minimum pensiya məbləği qədər pensiya təyin olunmasına imkan verirsə, pensiyaçıya münasibətdə artıq heç bir staj tələbi qoyulmur. Alternativ olaraq isə onun minimum pensiya təminatı almaq üçün 25 il stajı olmalıdır. İşləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı da verilib. 
Pensiya qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub. Bu o deməkdir ki, fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış hər bir şəxsə bu hesabındakı pensiya kapitalını artırmaq üçün əlavə imkanlar yaradılıb. 
Qeyd olunan islahat tədbirinin pensiyanın orta aylıq məbləğinin azalmasına səbəb olacağı fikri də əsaslı deyil. Belə ki, ölkəmizdə pensiyanın orta aylıq məbləği 01 aprel 2018-ci il vəziyyətinə 218,03 manatdır ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz yuxarıdır. O cümlədən 01 aprel 2018-ci il vəziyyətinə yaşa görə pensiyanın orta aylıq məbləği 244,36 manat təşkil edir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz yuxarıdır.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info