“Azərişıq”ın sədr müavini: “Aparılan islahatlar öz bəhrəsini verir”
Tarix: 27.04.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


"Artıq sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi prosesində aparılan islahatlar öz bəhrəsini verməkdədir".
 
Bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Elektron hökumətlə bağlı imzaladığı fərman və sərəncamları fəaliyyətinin əsas aspektlərindən hesab edən “Azərişıq” ASC bu istiqamətdə ciddi işlər görüb.
O bildirib ki, hazırda “Azərişıq” ASC-də Prezident İlham Əliyevin bu ilin mart ayının 14-də imzaladığı “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmana uyğun olaraq ciddi işlər həyata keçirilir: “Elektron xəritə də daxil olmaqla "Azərişıq" ASC-nin digər elektron xidmətlərinin elektron hökumət portalına qoşulması üçün tədbirlər görülür. Daha dəqiqi “Azərişıq” ASC-nin informasiya sistemləri və ehtiyatlarının elektron hökumət portalı ilə əlaqələndirilməsi üçün komponentlər yaradılır”.
 
O qeyd edib ki, bu səbəbdən də istismar müddəti bitməkdə olan informasiya texnologiyaları avadanlıqları daha müasir və yüksək parametrli avadanlıqlarla əvəzlənir, server, kompüter, şəbəkə və ümumilikdə maddi-texniki baza tələbata uyğun olaraq yenidən formalaşdırılır: “Sözsüz ki, bütün bunlar nəticədə ölkə başçısının “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına uyğun olaraq elektron hökumət portalı vasitəsi ilə istər sahibkarların, istərsə də əhali abonentlərin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq daha çevik informasiya almasına, sosial xidmət təminatında dövlət qulluqçuları ilə vətəndaşlar arasında olan təmasın aradan qaldırılmasına, həmçinin prosedurları sadələşdirməyə və şəffaflığa xidmət edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
16.01.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində operativ qərargah yaradılıb
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info