“Sondakika.com”: “Yasin Aktay: AŞPA-nın məqsədi konkret ölkəni qaralamaqdır”
Tarix: 27.04.2018 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


“Sondakika.com” saytının yaydığı xəbərə görə, Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, AKP millət vəkili Yasin Aktay Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) korrupsiya ilə bağlı hesabatında Azərbaycanla qarşı bu istiqamətdə yönəldilən iddialara iradını bildirib: “Azərbaycana qarşı açıq-aşkar qərəz müşahidə olunurdu, bu isə qəbuledilməzdir”. Millət vəkili AŞ PA tərəfindən PYD-nin keçmiş həmsədri Saleh Müslümün dəvət olunmasını xatırladıb: “Əgər korrupsiyadan danışırıqsa, o zaman 29 nəfərin həlak olduğu terror aktının təşkilində şübhəli bilinən terror təşkilatının üzvlərinin hansı qeyri-etik yollarla AŞ PA-da çıxış etmək imkanı qazanmasından başlaya bilərik”. O bildirib ki, hesabatda AŞ PA-nın yalnız bir üzvünə aid edilən məqamlara diqqət ayrılır: “Bu da elə təəssürat yaradır ki, təşkilatın məqsədi konkret ölkəni qaralamaqdır. Ümumilikdə, hesabatı qiymətləndirərkən elə təəssürat yaranır ki, bu sənəd Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərdə problemlərin yaradılması üçün hazırlanıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info