Azərbaycan xalçaları ABŞ-da nümayiş olunur
Tarix: 27.04.2018 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


ABŞ-da fəaliyyət göstərən, 7 min eksponatın qorunduğu “Metropoliten” muzeyində 45 xovlu və xovsuz Azərbaycan xalçası, namazlıqlar nümayiş etdirilir.
 
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən (ASC)  verilən məlumata görə, muzeydə nümayiş etdirilən bu xalçalar Bakı, İrəvan, Naxçıvan, Qarabağ, Qazax - Borçalı, Quba, Şirvan və Təbriz qruplarına aid qiymətli sənət əsərləridir.
 
Cəmiyyətdən bildirilib ki, həmin xalçaların fotoşəkilləri ilə yanaşı, muzeydəki inventar nömrəsi və toxunduğu dövr barədə də məlumatlar əldə olunub: “Metropoliten” muzeyində sərgilənən ən qədim Azərbaycan xalçaları XVII əsrdə toxunub. Muzeyin kolleksiyasındakı xalçaların çoxu XIX əsrə aiddir. “Metropoliten”də sərgilənən xalçalar ölçülərinə görə fərqlənir və əsasən yun xalçalardır”.
 
“Azərxalça” ASC “Metropoliten” muzeyindən fotoşəkilləri əldə edilmiş qədim Azərbaycan xalçalarının çeşniləri əsasında həmin xalçaların toxunmasını qarşıya məqsəd qoyub.
 
Qeyd olunub ki, “Metropoliten” muzeyi ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərir. Muzeyin ekspozisiyası 600 kvadratmetrdən çoxdur. Muzeyi bir il ərzində 5 milyondan çox insan ziyarət edir. “Metropoliten”ə eksponatların böyük hissəsi şəxsi kolleksiyaçılar tərəfindən verilib. Burada Rembrandtın avtoportreti, Velaskesin “IV Filipin portreti” kimi şah əsərlər, məşhur İtaliya rəssamlarından Bottiçellinin, Tisianın əsərləri yer alıb.
 
Muzeydə Asiya qitəsinin incəsənətinə dair nadir eksponatlardan ibarət böyük kolleksiya sərgilənir. “Metropoliten”də Asiyanın bütün sivilizasiyalarını, tətbiqi incəsənətini, rəssamlığını, heykəltəraşlığını, bədii metal tökmə sənətini əks etdirən bir çox eksponatlar var.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info