Türkiyədə sosial mediada aksiyalara çağırış edənlər saxlanılıb
Tarix: 05.06.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələr vasitəsilə yalan məlumatlar yayıb, xalqı hökumətə qarşı qaldıran 38 nəfər barəsində ittiham irəli sürülüb

Kütləvi etiraz aksiyalarının davam etdiyi Türkiyədə gecə saatlarında bir neçə lokal xarakterli toqquşmalar qeydə alınıb. Ankaranın mərkəzində 5 mindən çox etirazçı aksiya keçirib. Hüquq mühafizə orqanları etirazçılar tərəfindən təxribat olmayanadək xüsusi vasitələrdən istifadə etməmək əmri alıb. Lakin çox keçmədən bir neçə radikal aksiya iştirakçıları polisi daş-qalaq etməyə başlayıb. Buna cavab olaraq, polis gözyaşardıcı qazdan istifadə edərək aksiya iştirakçılarını ara küçələrə dağıdıb.
İstanbulda, Dolmabaxça sarayı, Beşiktaş bulvarı və Taksim meydanı yaxınlığında izdihamlı aksiya iştirakçıları və polis arasında toqquşmalar baş verib. Etirazçılar əvvəlcə asayişin qorunmasına riayət edib və polis onların bir neçəsinə meydana keçməyə icazə verib. Lakin sonradan bir qrup etirazçı polisə daş atmağa və barrikadalar qurmağa başlayıb. Ölkənin şərqində yerləşən Tunceli şəhərində 200 etirzçıdan ibarət qrup ilə polis arasında toqquşma baş verib. Polis məntəqəsinin ərazisinə yandırıcı maye ilə doldurulmuş şüşə qab atıldıqdan sonra polis qaz və su şırnağı istifadə edib. Antakya şəhərində polis razılaşdırılmamış yürüşü xüsusi vasitələrdən istifadə etməklə dağıdıb. Polisin dağılışmaq tələbinə etirazçılar asayiş keşikçilərinə daş atmaqla cavab verib. Qeyd edək ki, etiraz aksiyaları Türkiyənin 81 əyalətindən 70-də keçirilir. “HaberTürk”ün xəbərinə görə, ölkənin dörd ən iri həmkarlar təşkilatının üzvləri də etirazlara qoşulmağı planlaşdırır. Hadisələrin nisbətən sakitləşdiyi son iki gündə Türkiyə hökuməti sosial şəbəkələrə diqqət ayırıb. Sosial şəbəkələrdə xüsusi aktivlik göstərən şəxslərin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyatlar həyata keçirir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Məlumata görə, Taksim meydanındakı Gəzi parkı olayları barədə sosial şəbəkələr vasitəsilə yalan məlumatlar yayıb, xalqı hökumətə qarşı qaldıran 38 nəfər barəsində ittiham irəli sürülüb. Hazırda şübhəli bilinənlərin 25-i saxlanılıb. Digər 13 nəfər barəsində axtarış tədbirləri davam edir. “CNN”ə açıqlama verən Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış bildirib ki, Taksim meydanında nümayişçilərə qarşı kobud rəftar edən polis işçiləri cəzalandırılacaq. E.Bağış insanların problemlərinin olduğunu və hökumətin də onlara qulaq asacağını söyləyib. Maraqlı detallardan biri odur ki, baş verən hadisələrlə bağlı həbs edilənlər arasında bir İran vətəndaşı da var. “Zaman” qəzetinin məlumatına görə, Türkiyə polisi Şayan Şamlunun tutulduğu ərazidəki kamera görüntülərini araşdırıb. Nəticədə İran vətəndaşının 3-4 iyun tarixləri arasında Ankara şəhərinin Qızılaypara və Güvən parklarında öz hərəkətləri ilə nümayişçilərə təsir göstərdiyi və istiqamətləndirdiyi məlum olub. Ş.Şamlu tanınmamaq üçün sifətini də bağlayıb. Artıq Türkiyə polisi İran vətəndaşının telefon danışıqlarını da araşdırmağa başlayıb. Qeyd edək ki, İran Türkiyədə baş verən hadisələrlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib. İranın Türkiyədəki səfirliyinin bununla bağlı yaydığı açıqlamada İstanbul və Ankara şəhərlərində keçirilən aksiyalara toxunulub: “Bu ölkədə yaşayan, yaxud Türkiyəyə turist kimi səfər edən və ya etmək istəyən vətəndaşlarımızı öz təhlükəsizliklərini qorumağa və hər cür xoşagəlməz hadisənin qarşısının alınması üçün aksiyaların keçirildiyi və toqquşmaların baş verdiyi ərazilərə getməməyə çağırırıq. Eyni zamanda İran vətəndaşlarından hər cür problemlə üzləşdikləri təqdirdə İranın Ankara, İstanbul, Trabzon və Ərzurumdakı nümayəndəliklərinə müraciət etmələrini istəyirik”.
BMT Türkiyədə
nümayişçilərə qarşı ifrat güc tətbiqindən narahatlığını bildirib

BMT-nin İnsan haqları üzrə ali komissarlığı İstanbulda və Türkiyənin digər şəhərlərində nümayişçilərə qarşı ifrat güc tətbiqindən narahatlığını bildirib. Komissarlıq Türkiyə hökumətini sərbəst toplaşmaq azadlığını, etirazçıları isə nümayişlərin dinc xarakterli olmasını təmin etməyə çağırıb. Komissarlığın mətbuat katibi Sesil Puyi Türkiyə hökumətinin ifrat güc tətbiqi hallarına yol verildiyini qəbul etməsini və qanunları, beynəlxalq normaları pozan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı təhqiqat aparmağa hazır olmasını alqışlayıb: “Belə təhqiqatlar operativ, müstəqil və tərəfsiz aparılmalı, günahkarlar məhkəməyə verilməlidir”. S. Puyi Türkiyədə çoxlu sayda insanın saxlanıldığı, onlarla nümayişçinin yaralandığı haqda xəbərlər aldıqlarını söyləyib. O bəyan edib ki, bütün yaralılar maneəsiz tibbi yardım almalı, saxlanılanların müdafiə hüququ təmin olunmalıdır. O, Türkiyə hökumətini vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb. Türkiyə baş nazirinin müavini Bülənt Arıncın Taksim olayları ilə əlaqədar rəsmən üzrxahlıq istəməsi ABŞ-da da xoş qarşılanıb. Ağ Evin sözçüsü Cey Kerney Bülənt Arıncın açıqlamasını Vaşinqtonda məmnuniyyətlə qarşıladıqlarını deyib.
Qeyd edək ki, aksiya iştirakçılarının yaratdığı Taksim Platforması baş nazirin müavini Bülənt Arıncla görüşüb. Görüşdə hökumət qarşısında tələblər irəli sürülüb. Həmin tələbləri təqdim edirik-Gəzi parkı park olaraq qalmalı, meydanda Topçu kışlası və ya başqa binanın tikilməyəcəyi açıqlanmalı, Atatürk Kültür Mərkəzinin yerləşdiyi bina sökülməməli, İstanbul, Hatay və Ankara valiləri və bələdiyyə başçıları istefaya göndərilməli, qaz bombası və buna bənzər maddələrdən istifadə yasaqlanmalı, həbs edilənlər azadlığa buraxılmalı, Taksim və Kızılay meydanları başda olmaqla ölkə ərazisindəki bütün meydanlarla aksiya keçirilməsinə qoyulan qadağa aradan qaldırılmalı və ifadə azadlığı tam təmin edilməlidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info