Azərbaycanlı infeksionist İspaniyada keçirilən konqresdə iştirak edib
Tarix: 27.04.2018 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


İspaniyanın Madrid şəhərində Avropa Klinik Mikrobioloji və İnfeksion Xəstəliklər Cəmiyyətinin XXVIII Konqresi – ECCMİD (European Congress of Clinical Microbiology and İnfectious Diseases) keçirilib. Bu konqresdə böyük Britaniya, ABŞ, Fransa, Almaniya, İspaniya, İtaliya, Avstriya, İsveçrə, Hollandiya, Belçika,Türkiyə, Azərbaycan və digərləri daxil olmaqla dünyanın 125-ə yaxın ölkəsindən 12000-dən çox aparıcı mütəxəssis iştirak etdi. Avropanın 67 cəmiyyəti ECCMİD konqresinin üzvüdür. Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər üzrə mütəxəssis Elza Orucova bütün Avropada çox nüfuzlu sayılan bu cəmiyyətin tam üzvüdür və yoluxucu xəstəliklər üzrə mütəxəssis kimi dəvətli olunub. Qeyd etmək mühümdür ki, hər il keçirilməsi nəzərdə tutulan beynəlxalq konqres irəlidəki illərdə Amsterdamda və Parisdə planlaşdırılıb. Bu konqres klinik-mikrobiologiya və infeksion xəstəliklər üzrə cari ilin ən böyük tədbirlərindən sayılır. ECCMİD proqram komitəsi tərəfindən klinik-mikrobiologiya və infeksion xəstəliklərin diaqnozu və müalicəsinin bütün sahələrini əhatə edən elmi işlər, o cümlədən mühazirələr, simpoziumlar, şifahi və poster sessiyalar (2826) daha təkmil formada hazırlanmış və nəşr edilmişdir. Konqresin mövzusu klinik-mikrobiologiya və infeksion xəstəliklərin müasir problemlərinə, xüsusən mikrobioloji diaqnoza dair yeni yanaşmalar, antibiotiklərə qarşı rezistentlik, biotəbəqələr ilə bağlı infeksiyalar, problemli antibakterial müalicə, virus hepatitləri, qrip və digər respirator infeksiyalar, leyşmaniozlar, sitomeqalovirus infeksiyası, sepsis və s-yə həsr edilib.
Konqresdə E. Orucovanın üzv olduğu Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunolqlar İctimai Birliyi poster məruzə ilə çıxış edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info