Erməni ekspert: “Ermənistandakı proseslər pis nəticələrə gətirib çıxara bilər”
Tarix: 28.04.2018 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


“Paşinyan ətrafında daha çox insan toplamaqla, bir növ özü üçün problem yaratmış olur. Belə ki, bir azdan bu insanları idarə etmək onun üçün çətin olacaq və bu halda daha çox təxribatçılar yaranmış vəziyyətdən istifadə etmək şansı əldə edəcəklər”. Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı “Tert am” saytına danışan erməni şərhçi Artur Martirosyanın sözlərinə görə, müxalifətlə səlahiyyətlilər arasında danışıqların olmaması vəziyyətin nəzarətsiz qalmasına səbəb olacaq. “Əgər onlar güclü alternativlərə malik olduqlarına inanırlarsa, deməli, bu danışıqlar heç bir önəm kəsb etməyəcək. Məlumdur ki, indi hər iki tərəf bir-birini günahlandırır. Ancaq yaşananlara peşəkarcasına yanaşsaq, bu nəticəyə gəlmək olar ki, əgər Nikol Paşinyan öz mövqeyini dəyişdirməzsə, yəni «mənim istədiyim yerinə yetirilməsə, mən təzyiq göstərməkdə davam edəcəyəm” deyə müqavimət göstərməyə çalışarsa, onda bu, pis nəticələrə gətirib çıxara bilər” - deyə Artur Martirosyan qeyd edib. Artur Martirosyanın sözlərinə görə, onlar mövcud vəziyyətin Ermənistan üçün fərqli, çətin ssenarilərlə dolu olduğunu nəzərə alaraq, alternativin güclü olmadığını göstərməlidirlər:
“Hazırkı şəraitdə Nikol Paşinyanın mitinqində yüz minlərlə insan toplaya bilməsi mümkündür. Lakin paradoks budur ki, onun ətrafına yığdığı çoxminli kütləni idarə etmək onun üçün çətindir. Təbii ki, bu halda yaranmış vəziyyətdən daha çox təxribatçıların yararlanma, onların təxribatlar törətmək ehtimalı da istisna edilmir. Serj Sarkisyanın istefasını qələbə hesab edə bilərik. Lakin biz müxalifətin son hədəf və proqramlarına diqqət yetirsək, bunun, hələ ki, son olaraq əldə edilmədiyini görürük. Lakin mən deyilən qələbə ilə bağlı qiymətləndirmə verə bilməsəm də, taktiki qələbə qazanıldığını bildirmək məcburiyyətindəyəm”. Maraqlıdır, dalana dirənmiş vəziyyətdən çıxış yolu varmı? Erməni mütəxəssisə görə, hər şeydən əvvəl, tərəflər müzakirələr aparmaq üçün addım atmalı və bir-birini rədd etməməlidir: “Məhz bundan sonra, şəffaf seçkilərin keçirilməsi üçün ictimaiyyətin maraqlarına uyğun razılıq əldə edə bilərlər”. Erməni icmalçı Armen Baqdasaryan «1in.am» saytına bildirib ki, heç bir alternativ olmadan Nikol Paşinyan ölkənin baş naziri olmalıdır: “Bu, Ermənistanı irəli aparmağın yeganə yoludur. Bunu, artıq üç əsas fikrini səsləndirən Paşinyan da başa düşür: hesablar haqqında məlumat, xarici siyasət məsələlərində kəskin dönüş, kadr məsələsində isə hər hansı bir qarşıdurma olmayacaq, ağıllı, savadlı insanlar işlərini davam etdirəcəklər”. O, Serj Sarkisyanın komanda yoldaşlarını ölkədəki daxili sabitliyi qorumaq naminə heç bir şərt olmadan Paşinyanla danışıqlar aparmağa çağırıb. Maraqlıdır ki, erməni deputat Ararat Mirzoyan da İrəvandakı Respublika meydanında çıxış edərkən, Paşinyanın baş nazir seçilməsi üçün xalqdan kömək istəyib: «Burada duranların hamısı özləri üçün hakimiyyət istəmir. Bununla belə, biz sistemin, oyunun qaydalarının, cəmiyyətin dəyişməsini istəyirik. Mən Ermənistan Respublika Partiyasının gizli mesajını və digər siyasi qüvvələri ifadə etmirəm. Bu gün bizim yeganə çıxış yolumuz Nikol Paşinyana səs verməkdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info