Müxalifət niyə xalqa söyüşlə xitab edənlərə dəstək verir?
Tarix: 28.04.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Xaricdə yaşayan bir qrup azərbaycanlı-siyasi mühacir adı altında ölkədən qaçanlar seçkiöncəsi kifayət qədər aktivləşsələr də, hazırda onlar üçün mövzu yoxdur deyə, anormal şəkildə aksiya və kampaniyalarını davam etdirməyə çalışırlar. Bu, bir neçə nəfərdən ibarət olan və xaricdəki bəzi mərkəzlər tərəfindən idarə olunanlar özlərini, hətta hakimiyyətə siyasi rəqib kimi sırımağa da çalışırlar. Məsələ burasındadır ki, “söyüş taktikası”ndan istifadə edən bu adamlara cəmiyyət tərəfindən heç bir dəstək də olmur. Onlara dəstəyi yalnız Azərbaycanda olan radikal müxalifət partiyaları verirlər. Zatən müxalifətin nüfuzu çox aşağı idi. Bu il isə olub-qalan nüfuzlarını da itirdilər. Çünki radikal müxalifət seçkidə iştirak etmək, nəticə əldə etmək əvəzinə, seçkiyə qatılmaqdan boyun qaçırıb, stadionu-mitinqləri seçmişdi. BundanZ başqa, radikal müxalifətin bu söyüş qrupuna dəstək verməsi də onları xeyli hörmətdən saldı. Onsuz da bu adamların cəmiyyətdə hörməti az idi.

Digər tərəfdən xalq ənənəvi müxalifət təmsilçilərinin eyni şeyləri deməsindən, normal siyasi mübarizə əvəzinə, istədiyi yerdə mitinq keçirmək və s. kimi mənasız davalar eləməsindən bezmişdi. İndiki halda isə müxalifətin də fəaliyyətinin söyüş çevrəsindən kənara çıxmaması bu siyasətçilərə olan hörməti tamam sıfıra endirdi.
Xaricdə məskunlaşmış və söyüşü, təhqiri özünə peşə seçənlərlə eyni cəbhədə olub, onlarla bərabər mübarizə apardıqlarını aşkar şəkildə göstərənlər özgə vaxtı ziyalılıqdan, mili-mənəvi dəyərlərin aşınmasından danışırlar. Söyüş söyən adamlara dəstək vermək “milli şuranın” sədri Cəmil Həsənlinin adına, professor kimi ziyalılığına yaraşarmı? Orduxanın, yaxud anormal mübarizə üsulu seçib, söyüş taktikasıyla hərəkət edən digərlərinin tərəfini saxlamaq Cəmil Həsənli üçün başucalığı gətirdimi? Əksinə, indiyə kimi siyasi arenada olmayan, yaxşı həyat axtarışı üçün müxtəlif bəhanələrlə xarici ölkələrə sığınan dörd-beş gəncin öz ifadələrini söyüşlə ortaya qoymasında Cəmil Həsənli, ümumən müxalifət partiyaları müsbət nə görüblər, axı? Xalqa bu üsulla xitab etmək nə dərəcədə doğrudur? Sadəcə olaraq saxta mühacir qiyafəsinə bürünənlərlə radikal müxalifət partiyalarının rəhbərlərini bu üsul və digər məsələlər çox bağlayır. Digər məsələlər deyəndə, xaricdəki erməni lobbisi ilə işbirliyi, bəzi mərkəzlərdən maliyyələşmək və s. nəzərdə tuturuq.Ümumiyyətlə, hər kəs gözəl bilir ki, mənşəyi bilinməyən təşkilatlara xidmət etmək xalqa, dövlətə xəyanətdir.
Əslində, dünyada müxalifət partiyaların bir məqsədi olur, seçkilərə qatılıb sivil mübarizə ilə hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaq. Bizdə isə söyüş hədəflərini hakimiyyətə və ümumilikdə ölkəmizə yönəldənlər söyüşün effekt vermədiyini anlasalar da, öz yolları ilə davam edirlər.
Ümumiyyətlə, bir maraqlı məqamı da qeyd edək ki, “milli şura” və digər müxalifət partiyaları öz maraqları naminə daim hər cür yola gediblər. Təsəvvür edin ki, Qərbə bağlı olduqlarını hər addımda göstərən bu qüvvələr Qərbin sevmədiyi qüvvələrə- xüsusən də, radikal dini qruplaşmalara da dəstək verməyə başlayıblar. Hər şey də ondan başladı ki, Nardaran hadisələri zamanı bir qrup radikal dini qrup qanun qarşısında cavab verməli oldu. O hadisələrdən üzü bu yana öz mitinqlərində nəinki həmin radikalların şəkillərini, şüarlarını qaldırırlar, eyni zamanda Əli Kərimli, Cəmil Həsənli və digərləri hər vəchlə onların siyasi dustaq olduqlarını isbat eləməyə çalışır, radikalları aksiyalarına, tədbirlərinə dəvət edirlər. Yəni harada ümumi maraq varsa, orada düşmən yaddan çıxır, ikiüzlülük başlayır. Bax budur Azərbaycan müxalifətinin iç üzü.
Heç şübhəsiz ki, xaricdəki ağalarının arzu-istəklərinə uyğun olaraq bu adamlar ermənilərlə, erməni lobbisi ilə də belə əməkdaşlıqlara gedirlər. Belə olmasaydı, ermənilərin dediyi sözləri müxalifət nümayəndələri də təkrarlamazdı. Buna misal olaraq Tofiq Yaqublunun ermənilərlə eyni mövqedən çıxış edən fikirlərini göstərmək olar. O, mitinqdə çıxışı zamanı Prezidentin İrəvanla bağlı fikirlərini təhrif etdi.Prezidentin fikirlərini kontekstdən çıxaran Müsavat fəalı nəinki onun sözlərini bilərəkdən fərqli şəkildə insanlara təqdim etdi, həm də ermənilərin də bu barədə dediyi fikirləri olduğu kimi təkrarladı.
Xatırlayırsınızsa, ermənilər də ölkə başçısının fikirlərini kontekstdən çıxararaq, aləmə car çəkməyə çalışdılar ki, guya Azərbaycan böyük ordu ilə onların üstünə gələ bilər, İrəvan əraziləri gələcəkdə güc yolu ilə geri qaytarıla bilər. Amma ölkə başçısı İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu demişdi və oradan didərgin salınmış azərbaycanlıların geri dönmə hüququnun olduğunu bildirərək, bir gün bunun reallaşacağını söyləmişdi.
Qısası, hər mənada öz xalqına, dövlətinə zərbə vurmağa çalışan bu qüvvələrin sosial bazası az idisə, artıq öz əməllərinə, anormal adamlara verdikləri dəstəyə görə bundan sonra sıfıra enəcək...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info