Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək
Tarix: 28.04.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Beynəlxalq birliyin Azərbaycana qarşı ikili standart mövqeyi bir çox hallarda özünü göstərir. Xüsusən, beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işlərə ikili standart mövqedən yanaşırlar. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının reallaşdırılmasının dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur.

Lakin Azərbaycanda bu inkişafı görməyən beynəlxalq təşkilatların qərəzli münasibətləri cəmiyyətimiz tərəfindən birmənalı olaraq qəbul olunmur. Bu baxımdan, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) da Azərbaycana qarşı münasibətini heç də birmənalı olaraq qəbul etmək mümkün deyil. Əslində, beynəlxalq birlik AŞPA-ya insan haqlarının müdafiəçisi kimi baxır. AŞPA isə buna cavab olaraq qarşılıq verə bilmir. Ümidləri puça çıxaran bu təşkilat hansısa qüvvələrin oyuncağına çevrilir. Hətta bu təşkilatın daxilindəki qüvvələr inkişaf etməkdə olan ölkələrə qarayaxma kampaniyası aparırlar. Elə AŞPA-nın “korrupsiya hesabatı” da Qərbdə antiazərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur. Çünki “hesabat” qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların fərziyyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdir. AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür. Azərbaycan bu təşkilatdan siyasi olaraq nəzakət gözləyərkən, əksinə, böhtanlarla qarşılaşır. Bir vaxtlar Azərbaycan Qərbə inteqrasiya etmək istəyərkən AŞPA kimi təşkilatları özünə demokratik olaraq nümunə götürürdü. Lakin reallıq göstərdi ki, AŞPA və bu kimi təşkilatlar heç də demokratik dəyərlərə istənilən səviyyədə hörmətlə yanaşmırlar. Çünki Azərbaycan Qərbə inteqrasiya etdikcə davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə qarşılaşıb. AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Görünən odur ki, bu təşkilatlar üçün demokratiya bir silahdır. Bununla Azərbaycan kimi müstəqil dövlətləri hədəfə alıb öz siyasi ambisiyalarını yeritməyə çalışırlar.

Qonaqpərvərliyin qərbsayağı siyasiləşdirilməsi

Hazırda Dağlıq Qarabağ münaqişəsinin bu vaxta kimi həll olunmaması da ikili standartlardan xəbər verir. Əslində, AŞPA kimi beynəlxalq təşkilatlar hər zaman öz maraqları naminə bu kimi münaqişələrdən istifadə ediblər. Hətta əksər hallarda özləri belə münaqişə zonaları yaradırlar ki, dünyanın ictimai-siyasi nizamını əllərində saxlasınlar. AŞPA hələ də Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilmir. Bu kimi məsələlərdə AŞPA-nın açıq dəstəyinin olmaması Azərbaycanı hər zaman narahat edir. 17 illik üzvlüyü dövründə AŞPA-nın beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar.
Qonaqpərvərlik Azərbaycan xalqının milli-mənəvi dəyəridir. Qonağa ehtiram göstərmək adət-ənənəmizdir. AŞPA-nın “hesabatı”na əsasən xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən qonaqlıqlar, pulsuz otel, təyyarə və s. bu kimi məsələlər də korrupsiya əlaməti hesab edilməlidirmi? Qərb dairələri bizim qonaqpərvərliyimizi də siyasiləşdirərək korrupsiya kimi hesab edirlər. Bu münasibətdə də qərəz açıq-aydın görünür. Azərbaycan xalqı bir çox sahədə özünə qarşı Qərbdən ikili standart mövqe görüb. AŞPA-nın “hesabatı” da təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Bununla da məqsəd Azərbaycana təsir etməkdir.

AŞPA-ya inamsızlıq nədən yaranır?

Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək. Bu kimi ədalətsizliklər bir neçə dəfə təkrar olunub. Lakin Azərbaycan dövləti və cəmiyyəti siyasi iradə nümayiş etdirərək Qərbin haqsızlığına qarşı mübarizə aparıb və istəyinə çatıb.
AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Vaxtilə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser qondarma “siyasi məhbus” oyunu oynayırdı. K.Ştrasser reallığı əks etdirməyən “siyahı” tutub Azərbaycanla bağlı AŞPA-da aparılan müzakirələrdə məqsədli çıxışlar edirdi. İndi isə K.Ştrasserin yolunu bədnam qüvvələr “hesabat”la davam etdirirlər.
Qərbdəki bəzi dairələrin eybəcərlikləri bir daha üzə çıxdı. Azərbaycanı növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar. Belə olan halda, AŞPA-ya inamsızlıq yaranır. AŞPA rəsmilərinin fəaliyyətinin obyektivliyinə şübhə ilə yanaşmamaq olmur. Ona görə də Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Çünki Azərbaycanın lobbiçilik fəaliyyəti AŞPA-dakı bəzi dairələrdə qısqanclıq yaradır. Belə olan halda isə Azərbaycan AŞPA-dan çıxarsa, heç nə itirmir. Çünki Azərbaycan obyektiv və qərəzsiz fəaliyyətin tərəfdarıdır. AŞPA-dan isə bir çox məsələyə qeyri-obyektiv yanaşma görmüşük. Bu da qəbuledilməzdir.

“AŞPA artıq Azərbaycan üçün o qədər də obyektiv mövqedə olan qurum deyil”
AŞPA-nın məlum “hesabat”ı Azərbaycan ictimaiyyəti tərəfindən də etirazla qarşılanıb. Millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanın da adının hallandığı korrupsiya ilə bağlı hesabatının tamamilə qərəzli və sifarişli olduğu açıq-aydın hiss olunur. Millət vəkili bildirib ki, AŞPA artıq Azərbaycan üçün o qədər də obyektiv mövqedə olan qurum deyil: "Əgər AŞPA obyektiv mövqeyə malik qurum olsaydı, onun hesabatlarına inanmaq olardı. Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Əgər AŞPA obyektiv qurum olsaydı, elə bu məsələyə konkret və obyektiv münasibət bildirərdi. İstər Avropa Şurası, istərsə də AŞPA həmişə Azərbaycana ikili standartla yanaşıb və bu məsələlərdə Azərbaycana əsaslı dəstək verməyiblər".
T.Rzayev qeyd edib ki, AŞPA Ermənistanda seçkilərin nəticələrinin saxtalaşdırılması, etiraz aksiyaları, qarşıdurma, etirazçılar arasında xəsarət alma halları, qanunsuz həbslərə hər hansı sərt münasibət bildirməyib: "Niyə AŞPA bu məsələlərə obyektiv mövqe bildirmir? Amma Azərbaycana gələndə, yalan faktlarla, uydurmalarla çıxış edirlər, Azərbaycanda, guya, insan hüquqlarının pozulduğunu iddia edirlər. Birincisi, seçki Azərbaycan xalqının iradəsidir, öz seçim hüququdur. Azərbaycan xalqı son 15 ildə ölkədəki vəziyyəti görür, qiymətləndirir və öz liderinə səs verib. Xalq öz prezidentini seçib. Prezident İlham Əliyevin fəaliyyəti nəinki Azərbaycanda, beynəlxalq aləmdə də qəbul olunur. İlham Əliyev ölkədə, ilk növbədə sabitliyi təmin edib, ölkədə demokratik şərait yaradıb. Cənab Prezident istəyir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin. İkincisi, Azərbaycanın son 15 ildəki inkişafı, beynəlxalq aləmdə nüfuzu göz önündədir və bunu da xalq görüb analiz etmək qabiliyyətindədir. Belə olan halda, bunlar hansı məsələləri qabartmaq istəyirlər? Bütün dünyada qanunu, hüququ pozanlara qarşı tədbir görülür, o cümlədən də Azərbaycanda".
Millət vəkili vurğulayıb ki, Azərbaycanda qanunu pozan, cinayət törədən jurnalist də, deputat da, məmur da məsuliyyətə cəlb edilir: "Qanun hər kəs üçün qanundur. AŞPA isə Azərbaycanda vəziyyəti öyrənmədən, Azərbaycanı istəməyən qüvvələrin sözü ilə Azərbaycana qarşı mənfi rəy yaradır. Bu, Azərbaycana qarşı yeni bir təxribatdır. AŞPA bununla Azərbaycana təsir etmək istəyir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info