Yaponiyalı biznesmenlərə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məlumat verilib
Tarix: 28.04.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Yaponiyanın paytaxtı Tokio şəhərində Sərhədləri Aşanlar (Cross Border) Klubunun təşkilatçılığı ilə yaponiyalı biznesmenlər üçün keçirilmiş tədbirdə həmvətənimiz, ötən 6 ildə Yaponiya hökuməti təqaüdçüsü, konfliktoloq, diaspor fəalı Əlibəy Məmmədov yerli biznesmenlərə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı geniş çıxış edib.
Əlibəy Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublikadır. AXC-nin bütün vətəndaşlarına dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bərabər hüquq tanıyıb. Ölkənin əsas atributları - himnimiz, bayrağımız qəbul edilib, rəsmi dili Azərbaycan dili olub. Ölkənin mədəniyyəti inkişaf edib. Təəssüflər olsun ki, AXC cəmi iki il ayaqda qalmışdır. Sonra 71 il Sovet hakimiyyəti tərəfindən idarə olunmuş Azərbaycan 1991-ci ildə, nəhayət, öz müstəqilliyinə qovuşmuşdur. İlk illər çox ağır və çətin keçmişdir. Ölkəni parçalamağa çalışan, üsyanlar edən, hakimiyyət uğrunda vuruşanlar olmuşdur. Ölkənin iqtisadi-siyasi vəziyyəti tamamilə qeyri-stabil olmuşdur.
1993-cü ilin iyun ayından etibarən xalqın tələbi ilə hakimiyyətə Heydər Əliyev gəlib. Onun hakimiyyətə gəlməsi ilə ölkənin iqtisadi-siyasi durumu stabilləşməyə doğru gedir. 2003-cü ildən sonra isə Heydər Əliyev kursunun layiqli və uğurlu davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan iqtisadiyyatı görünməmiş inkişaf yolu keçir. 2004-2010-cu illərdə sıçrayışlı inkişaf yolunu keçən Azərbaycan dünyada sayılıb-seçilən, hörmət olunan dövlətə çevrilir. Dünya ölkələri regional və qlobal problemlərin həllində Azərbaycanla hesablaşmağa çalışırlar.
Sonda Əlibəy Məmmədov onu da qeyd etmişdir ki, Azərbaycanda bu ilin oktyabr ayında Yaponiya məhsullarının sərgisi keçiriləcək: “Buna çox ciddi hazırlıq gedir. Təxminən 100-dən çox yapon şirkətinin iştirakı gözlənilir. Bu, təbii ki, hər iki ölkə arasında iqtisadi və biznes əlaqələrini yüksək səviyyədə inkişaf etdirəcəkdir. Eyni zamanda hər iki ölkə arasında həm təhsil, həm də məhsul mübadiləsini daha da zənginləşdirəcəkdir.
Azərbaycan və Yaponiya münasibətlərində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyuruq. Bu işdə hər birimiz var gücümüzlə çalışmalıyıq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info