“ArmenianReport”: “Rusiya öz problemləri ilə məşğul olsun”
Tarix: 28.04.2018 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


“Biz Kreml ücün Ukrayna və ya Belarus deyilik”

“Belə görünür ki, Ermənistanda yaşananlar Kremli heç də qane etmir. Erməni mətbuatının yazdığına görə, “hələ ki Moskva ölkəmizdə baş verən hadisələrlə bağlı ehtiyatlı bəyanatlar verərək, hücuma keçməməyə çalışır. Rusiyalı deputatların İrəvana təşrif buyurub təbliğatla məşğul olmaları, rus təbliğatının ritorikasının ciddi dəyişikliklərə məruz qalmasından xəbər verir". Bunları ermənilərin “ArmenianReport” saytı yazırr.
Sayt daha sonra yazır: “Biz yaxın keçmişdə - Qırğızıstan, Moldova, Gürcüstan və Ukraynada yaşananları artıq müşahidə etmişik. Bu dövlətlərdə baş verən yaşantılar zamanı da Kreml öz təcavüzkar planlarını, ilk olaraq, nəzarətində olan KİV-lər vasitəsilə həyata kecirməyə başlamışdı. Təbii ki, bu bizim üçün də yenilik deyil. Bəli, biz Rusiya təbliqatının qısqanc yanaşmasını Ermənistanın Avropa İttifaqı ilə əldə etdiyi razılaşma zamanı da gördük. Həmin günlər Rusiyanın təbliğat maşını Ermənistanın Qərbə meyillənməsini erməni xalqı üçün faciə kimə qələmə verərək, buna qarşı danışmaq üşün hətta bu ölkədə yaşayan erməniləri belə səfərbərliyə almışdı.
Budur, Rusiyanın “Birinci kanal”ı yenə fəaliyyətdədir. Maraqlıdır ki, Ermənistanda çəkilişlər aparan bu kanal ölkədəki siyasi ziyalılara yox, daha cox əyalətlərdə yaşayan və siyasətdən uzaq olanların danışıqlarşna yer ayırıb. Onlara Ermənistanın Rusiyadan üz döndərib Qərbə üz tutmasının nə qədər böyük fəsadlar verə biləcəyini “başa salmaga” calışır.
Əlbəttə, bu gün Ermənistanda baş verənlər Moskvanı qane etmir. Kreml Sarkisyan hakimiyyətini mümkün qədər uzun müddət saxlayıb, Ermənistanı Rusiyanın əyalətinə çevirməkdə, daha şox maraqlı idi. Ancaq, deyəsən, erməni xalqı artıq öz sözünü deməkdə iddialıdır. Əgər, dogrudan da, Sarkisyan Rusiya üçün bu qədər əzizdirsə, onda onu özlərinə götürə bilərlər və ya Rostovda Yanukoviç ilə qonşuluqda yerləşdirib ya da Rusiyadakı ermənilər birliyinin prezidenti təyin edə bilərlər. Unutmayın ki, Serj Sarkisyan artıq erməni xalqına lazım deyil. Biz artıq seçimimizi etmişik və özümüzü sivil dövlətlərin ailəsində görürük. Gələcəkdə НАТO ilə zarafat etməyə də qalxmayın.
Buna görə də biz rus təbliğatçılarını xəbərdar etmək istəmirik – bizə belə ibtidai yolla təsir etməyə çalışmayın, biz sizin ücün Ukrayna və ya Belarus deyilik. Bir yığın problemlər məngənəsindəsiniz, onların həlli ilə məşğul olun və özünüz üçün hörmətimizin ən azı bir hissəsini saxlamaga çalışın”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”
19.02.2019
“Suriya və İraqdan qaçan terrorçular Əfqanıstanda terror xabı yaradır”
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu
18.02.2019
Peskov: “Putin Ərdoğana çox etibar edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info