AŞPA-nın son “hesabat”ı Azərbaycana qarşı ikili standartlar siyasətinin davamıdır
Tarix: 28.04.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) uydurma “korrupsiya hesabatı” heç bir real fakta söykənməyən, ermənipərəst mərkəzlərlə şübhəli sövdələşməsi olan bəzi avropalı “siyasətçilər”in Azərbaycanın ünvanına səsləndirdikləri şər-böhtana, subyektiv mülahizələrə əsaslanır. Bu “hesabat”ın nə qədər qərəzli və qeyri-obyektiv olduğu, həqiqətdən uzaq olması orada əksini tapan absurd iddialardan da aydın şəkildə görünür. Bu hesabatda məntiq və ciddi yanaşma yoxdur. “Hesabat”ı oxuyanda Azərbaycana qara yaxmaq, onu bu təşkilatın gerçək gündəmindən kənarda qoymaq məqsədi aydın görünür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.
Sevinc Fətəliyeva qeyd edib ki, real faktlara söykənməyən bu “hesabat” qəbuledilməzdir. Bəzi anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardıqları qara piar kampaniyasının son dövrlər daha da fəallaşdığını müşahidə edirik. AŞPA-nın son “hesabat”ı bu kampaniyanın tərkib hissəsidir, Qərbdə mövcud olan islamofob və ermənipərəst qrupların təşkil etdiyi oyundur.
Deputat qeyd edib ki, Azərbaycan heç vaxt öz milli maraqlarını, müstəqil siyasətini kiməsə güzəştə getməyib və getməyəcək. Ölkəmizə qarşı təzyiqlər göstərmək cəhdləri hər zaman iflasa uğrayıb. AŞPA-da müxtəlif vaxtlarda ölkəmizə qarşı xoş niyyətə söykənməyən belə kampaniyalar müşahidə edilib və Azərbaycan dövləti belə addımlara qarşı müvafiq tədbirlər görüb. Bu “hesabat” AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Bütün bu cəhdlər nəyə yönəlib? Azərbaycanı öz demokratiya yolundan döndərməyə? Azərbaycanı radikallaşdırmağa? Dəyərlərimizi dəyişdirməyə? Bu, heç zaman baş verməyəcək. Bütün bu cəhdlər əbəsdir. Azərbaycan heç zaman öz demokratiya yolundan dönməyəcək. Bütün bu hiyləgər oyunlara, təzyiqlərə və ədalətsizliklərə baxmayaraq, biz demokratiya dəyərlərinə sadiqliyimizi qoruyub saxlayacağıq.
Nümayəndə heyətinin üzvü vurğulayıb ki, Ermənistanda baş verən hadisələrdən diqqəti tam yayındırmaq üçün AŞPA-nın yaz sessiyası sanki Azərbaycana həsr edilmişdi. Azərbaycana qarşı yönəlmiş bu oyun neçə illərdir ki, AŞPA-da ölkəmizə qarşı olan ikili standartların davamıdır.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
18.01.2019
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
18.01.2019
Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019
Tural Gəncəliyev: “Biz danışıqlardan daha konkret nəticələr gözləyirik”
18.01.2019
Sevinc Fətəliyeva: Azərbaycanla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info