Serj Sarkisyan Xocalı soyqırımının ideoloqlarından və təşkilatçılarından biri olub
Tarix: 28.04.2018 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Ermənistanda insanlar daim var-yoxdan çıxma, təhqir edilmə və hətta öldürülmə qorxusu ilə yaşamaqdan beziblər. Nələr baş verdiyini obyektiv qiymətləndirmək üçün isə dönüb yaxın keçmişə, indiki hadisələrdən təqribən on il əvvələ baxmaq lazımdır. Məhz 2008-ci ilin martında Serj Sarkisyan ölkənin tam ağası oldu. O, təkcə Ermənistan prezidenti deyildi, ölkənin real ağası idi. İndi, düz on il sonra Serj Sarkisyan ölkənin tam sahibi olaraq qalmaqdan ötrü Konstitusiyaya dəyişikliklər barədə referendumun nəticələrini saxtalaşdırmaqla, respublikada başqa hakimiyyəti ələ keçirmək üçün “zəmin” təmin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Ermənistanın baş naziri uğursuzluğa düçar oldu və 11 günlük etirazdan sonra istefaya getdi” sərlövhəli məqaləsində yazıb.
Məqalə müəllifi vurğulayır ki, Ermənistan Respublikasında çox mürəkkəb və boğucu vəziyyətin günahkarlarından birinin - Serj Sarkisyanın hakimiyyətinin taleyi böhranlı olub. Arye Qut yazır: “O, son bir neçə ildə öz avtoritar hakimiyyətini qoruyub saxlamağa çalışıb. Üstün vəziyyətin qorunub saxlanılması təkcə onun ailəsi və əhatəsi üçün çoxsaylı imtiyazlar deyildir, həm də törədilən çoxsaylı cinayətlərə görə məsuliyyətə cəlb olunmamaq vəziyyətini təmin etmək deməkdir.
Serj Sarkisyanın hakimiyyətini qoruyub saxlamaq naminə konstitusiya islahatı ilə bağlı düşündüyü fənd və onun xoşagəlməz nəticəsi göstərir ki, rəsmi Yerevan hərbiləşdirmə trayektoriyasında qalmaqdadır. Bütün problemlərin həllində zor tətbiqindən asılı olan hakimiyyət təhdid və şantaj siyasətinə sadiq qalır. S.Sarkisyanın səyləri sayəsində bu gün Ermənistan özünün əsassız ərazi iddiaları, əsas etibarilə Azərbaycan torpaqlarının işğalı və hərbi təcavüzün davam etməsi səbəbindən Cənubi Qafqaz regionunda özünü təcrid vəziyyətinə salmış ölkədir. Ermənistan əsas geosiyasi, geoiqtisadi, nəqliyyat və Xəzər dənizinin qaz və neft resursları ilə bağlı olan digər layihələrdən əvvəlki kimi kənardadır”.
İsrailli ekspertin fikrincə, müasir mərhələdə Ermənistan Cənubi Qafqazın ən geridə qalmış və asılı ölkəsidir. O yazır: “Sovet İttifaqı dağılandan sonra Ermənistan bütünlüklə Rusiyanın xarici siyasi və xarici iqtisadi ambisiyalarından, habelə dünya erməni diasporunun ambisiyalarından asılı olub. Ermənistan geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazda forpostudur. Ermənistan iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Moskva Ermənistanın əsas xarici ticarət tərəfdaşıdır və faktiki olaraq onun təhlükəsizliyinin yeganə qarantıdır. Ermənistan iqtisadiyyatına sərmayə yatıran investorlar arasında Rusiya birinci yeri tutur. Cəmi 2,5 milyon əhalisi olan kiçik Ermənistan son illər geosiyasi təcrid vəziyyətindədir. Ermənistan varlı erməni diasporu (şəxsi pul köçürmələri ildə 2 milyard dollar təşkil edir) və ABŞ Konqresinin sponsorluğu sayəsində yaşamağa davam edir. Ancaq hazırda hətta diaspor da daha Ermənistana kömək etmir, çünki keçmiş prezident Serj Sarkisyanın, habelə ölkənin mafioz klanlarının və korrupsiyaya qurşanmış məmurların erməni xalqını necə soymasından narazıdır”.
Arye Qut qeyd edir ki, S.Sarkisyanın prezidentlik etdiyi son on ildə Ermənistanın xarici borcu 300 faizdən çox artıb və hazırda ÜDM-nin 50 faizindən çoxdur. “Xarici borcun real gəlirlə müqayisədə artımı nəzərə alınsa, Ermənistan, ehtimal ki, tam defolt vəziyyəti ilə üzləşəcək. Beynəlxalq maliyyə təsisatları bununla əlaqədar dəfələrlə öz narahatlığını ifadə ediblər. Nəzərə alınsa ki, hər bir iqtisadiyyat reallaşdırılmış siyasətin cəmləşmiş ifadəsidir, onda ermənilərin bütün uğursuzluqlarının əsas səbəbi aydın olar. Ölkəni elitaların heç bir güzəşt tanımayan mübarizəsi didib-parçalayır.
Ermənistan hakimiyyət orqanlarının rəvac verdiyi qanunsuzluq və cəzasızlıq buna gətirib çıxarıb ki, ölkənin taleyi bacarıqsız və səriştəsiz siyasətçilərin əlinə keçib. Bunlar Qarabağ separatçılarının və terrorçularının keçmiş səhra komandiri Serj Sarkisyan tərəfindən “döyüş xidmətləri”nə görə qiymətləndirilən kəslərdir. Bu qondarma “şəxsiyyətlərdən” ibarət çevrə əsasən Dağlıq Qarabağdan olan adamlardan formalaşıb. Prezident Serj Sarkisyan öz “hərbi siyasi dəstəsini” bu adamlardan təşkil edib.
Daimi əsasda Ermənistanda yaşayan ortabab erməninin öz övladının vətəndə karyera qurmasına deyil, pul qazanmaq üçün xaricə getməsinə üstünlük verdiyini diqqətə çatdıran A.Qut yazır: “Xaricə gedən, yaxşı həyatın və azadlığın dadını görən gənclər Ermənistana qayıtmaq və işğal edilmiş özgə ərazisində - Dağlıq Qarabağda ölmək istəmirlər. Əgər belə getsə, Ermənistan tədricən boşalacaq və hətta gələcəkdə bu dövlətin taleyi məchul olacaq və o, yer üzündən silinəcək”.
Arye Qut vurğulayır ki, Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərini tərk edə bilməyən heç bir insana aman verməyiblər. O yazır: “Ermənistan silahlı qüvvələrinin bu amansızlığı nəticəsində azərbaycanlı qadınlar, uşaqlar və qocalar girov götürülərək misli görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Xocalı sakinlərinin məqsədyönlü kütləvi qətliamı yalnız bir səbəbdən törədilib: onlar azərbaycanlı idilər. Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalıda dəhşətli soyqırımını yaşamış canlı şahidlərlə bir neçə dəfə görüşmüşəm. İnanın ki, onlar erməni vəhşiliyi haqqında elə dəhşətli, ağlasığmaz və tükürpərdici faktlar danışıblar ki, bunları hətta yazmağa da adam utanır.
Danılmaz tarixi faktdır ki, Serj Sarkisyan Xocalıda kütləvi qırğının günahkarlarından biridir. Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir. Bu soyqırımı dinc azərbaycanlıların ağrı-acısı və kədəridir. Onların hər birinin həyat tarixçəsi, ailəsi, uşaqlıq dövrü, arzuları və gələcəyi Ermənistan silahlı qüvvələri tərəfindən qırğın nəticəsində məhv oldu. Xocalı qurbanlarının qohumlarının bir ümumi ağrısı var: bəşəriyyət əleyhinə bu dəhşətli cinayəti törədənlər beynəlxalq məhkəməyə cəlb edilmədilər və cəzasız qaldılar. İkinci Dünya müharibəsinin nəticələrindən fərqli olaraq, - onda nasistlərin çoxu Nürnberq Beynəlxalq Hərbi Tribunalı qarşısında cavab vermişdi, - Xocalıda dinc Azərbaycan vətəndaşlarının kütləvi qətiamının ideoloqları və icraçıları müasir Ermənistanda azad yaşayırlar.
Mən insan hüquqlarından və demokratiyadan dəm vurmağı sevən sivil dünyaya müraciət edirəm. Azərbaycanın Xocalı şəhərində yaşayan və erməni faşistləri tərəfindən qətlə yetirilən 63 uşağın günahı nə idi? Bunlar sadəcə yenicə yaşamağa başlamış, bəziləri heç ilk addımlarını atmağa macal tapmamış günahsız uşaqlar idi. Onlar oyuncaqları ilə oynamaq, dünyanı kəşf etmək, ata-ana sevgisi hiss etmək və öz sevgisini onlara bəxş etmək, uşaq bağçasına və məktəbə getmək, qazandıqları uğurlarla valideynlərini sevindirmək istəyirdilər. Erməni faşistləri onların həyatını məhv etdi. Bu günahsız uşaqların yeganə “günahı” bu idi ki, onlar azərbaycanlı idilər”.
Məqalə müəllifi vurğulayır ki, Xocalı soyqırımı təşkilatçılarının və ideoloqlarının çoxu, o cümlədən sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryan hətta bu gün də Ermənistanda yüksək vəzifələr tuturlar: O yazır: “Bu siyasətçilərdən hər biri o dəhşətli soyqırımı aktının təşkilatçısı və ideoloqu olub, Azərbaycan əhalisinin vəhşicəsinə öldürülməsində iştirak edib və nasistlər kimi, onlar da öz əməllərinə görə beynəlxalq ədalət məhkəməsi tərəfindən cəzalandırılmalıdır.
Ermənistan Respublikasının bu yüksək vəzifəli şəxslərinin, o cümlədən Serj Sarkisyanın Xocalı soyqırımında iştirakını təsdiq edən çoxlu materiallar və videosənədlər, habelə bu soyqırımının şahidi olan insanların ifadələri var. Amma onlar hətta öz müsahibələrində də Xocalıda azərbaycanlılara qarşı vəhşi hərəkətlərinə görə özlərinə bəraət qazandırır və bununla öyünürlər”, - deyə israilli ekspert qeyd edir.
A.Qutun fkrincə, Serj Sarkisyanın bu günlərdəki bütün bəyanatları və real addımları, habelə onun uğursuz daxili və xarici siyasəti bir daha sübut edir ki, o, tamamilə məsuliyyətsiz və uzağı görməyən siyasətçidir. Ekspert yazır: ”O, Qarabağda başlamış separatizm dalğası fonunda Ermənistanın siyasi həyatının ön səhnəsinə təsadüfən gəlib çıxmış terrorçu olaraq qalmaqdadır. S.Sarkisyan diplomatiyadan uzaq bütün çıxışlarında ölkəsinin təcavüzkar siyasətinə bəraət qazandırmağa çalışır və bununla sübut edir ki, o, əslində elə həmin Sarkisyandır və diplomatiya və beynəlxalq münasibətlər kimi anlayışlar ona tamamilə yaddır. Bu da onun təhsilinin və siyasi mədəniyyətinin aşağı səviyyədə olduğunu bir daha təsdiqləyir.
Rəsmi Bakı artıq çoxdan işarə edir ki, Ermənistanla münaqişədə indiki status-kvo vəziyyəti yolverilməzdir. 2016-cı ilin aprel hadisələri - Azərbaycan silahlı qüvvələrinin kəskin reaksiya göstərərək Ermənistan silahlı qüvvələrini darmadağın etməsi bir daha göstərdi ki, rəsmi Yerevan başa düşməlidir: Azərbaycanın səbir kasası daşmaq üzrədir. Beynəlxalq hüquq normalarına görə, rəsmi Bakının nəinki müdafiə olunmaq, həm də Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etmək hüququ var”.
S.Sarkisyanın riyakarlığının həddi-hüdudu olmadığını yazan A.Qut vurğulayır: “Deyilənə görə, siyasətdə dürüstlük güclü olmağın, riyakarlıq isə zəifliyin və qorxaqlığın nəticəsidir. S.Sarkisyan konstruktiv və dözümlü görünməyə çalışdı, amma müvəffəqiyyət qazana bilmədi. Təəssüfedici faktdır ki, Sarkisyan ikinci müddətə Ermənistan prezidenti vəzifəsində də dövlət təfəkküründən məhrum terrorçu kimi düşünməyə davam edib”.
A.Qut yazır ki, Ermənistanda son hadisələr Serj Sarkisyan dövrünü bitirdi: “Ermənistanda təqribən iki həftə çəkən siyasi dram baş nazirin istefası ilə başa çatdı. Serj Sarkisyan parlament tərəfindən təyin edildikdən bir neçə gün sonra qəflətən istefaya getdi. Ermənistan müxalifətinin lideri keçmiş baş nazir Serj Sarkisyanın istefası ilə əlaqədar və hökumət əleyhinə irimiqyaslı nümayişləri nəzərə alaraq, təxirəsalınmaz parlament seçkilərinin keçirilməsini tələb etdi. Xalq öz işini gördü. Serj Sarkisyan istefaya getdi. Daha sonra Ermənistana kim rəhbərlik edəcək? Ermənistan bundan sonra hansı yolu seçəcək: Qərbi seçəcək, yoxsa Şərqdə qalacaq? O, elə bir tərəfi seçə bilər ki, onunla birlikdə özünüməhvetmə - əsassız və qeyri-real olduğu üçün yalnız erməni millətçilərinin inandığı mifik “Böyük Ermənistan” yaradılması yolu ilə irəliləmək bundan sonra da sərfəli olar. Amma Gürcüstan modeli üzrə Qərb yolunu da seçə bilər. Onda o, demokratik yolla irəliləməli, Ermənistanı çıxılmaz vəziyyətə salmış millətçilik və şovinizm yolundan çəkilməlidir. Ermənistan qonşu dövlətlərə ərazi iddiaları sürməkdən də vaz keçməli və “Ümumqafqaz sülh evi”nin qurulmasında yaxından iştirak etməlidir”, - deyə beynəlxalq münasibətlər sahəsində israilli ekspert, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində fikrini tamamlayır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info