Ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 45 faiz artıb
Tarix: 28.04.2018 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə ölkəmizin turizm potensialına həsr olunmuş “Azərbaycanı özün üçün kəşf et” mövzusunda tədbir keçirilib.
Konsulluqdan APA-ya verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycanın turizm bölgələrini özündə əks etdirən xəritələr, jurnallar, broşürlər və digər təbliğat materialları sərgisi təşkil olunub.
Tədbirdə Manqistau vilayətin Turizm idarəsinin rəhbərliyi, vilayətdə fəaliyyət göstərən 30-dan artıq turizm şirkətinin nümayəndələri, jurnalistlər, həmçinin Azərbaycandan gəlmiş turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirin əvvəlində Azərbaycanın turizm potensialına dair video çarx nümayış etdirilib.
Daha sonra tədbiri Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov açaraq ölkəmizin iqtisadi inkişafından, son illərdə əldə etdiyi nailiyyətlərdə, xüsusi ilə turizm sektorunda qazandığı uğurlardan danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin turizm sahəsinə verdiyi diqqət və qayğı nəticəsində ölkəmizin turizm sahəsində böyük inkişafa nail olduğu, Azərbaycana gələn xarici turistlərin sayının ildən ilə artdığını bildirərək ölkəmizdə turistlər üçün yüksək səviyyəli xidmətin yaradıldığını bildirib. E.Zeynalov Qazaxıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu qeyd edib. Onun sözlərinə görə, 2016-cı illə müqayisədə 2017-ci ildə Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 45% artım müşahidə olunub. E.Zeynalov əlavə edib ki, Azərbaycana gələn Qazaxıstanlı turistlər əsasən sağlamlıq, şopinq və istirahət turlarını seçir: "Baş konsulluq tərəfindən təşkil olunmuş tədbirin əsas məqsədi dost, qardaş Qazaxıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bu işdə hər iki ölkənin turizm şirkətləri arasında əlaqələrin yaradılması və genişləndirilməsi məqsədini daşıyır".
Daha sonra, Manqistau vilayət hakimiyyətinin Turizm şöbəsinin rəisi Jariyeva Qulsim Omarovna bildirib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait var. O, Manqistau vilayət fəaliyyət göstərən turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında əlaqələrin qurulmasının və genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Manqistau vilayətində turizm imkanları haqqında da məlumat verib.
Azərbaycanın turizm şirkətinin nümayəndələri Cavid Cavadov və Fazil Atayev çıxış edərək, ölkəmizin turizm imkanları və məkanları, gənclər üçün turlar, aktiv istirahət turları, müalicəvi turlar və s. haqqında təqdimatlar keçirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info