Zərifə Əliyevanın qazandığı uğurlar Azərbaycan tibb elminin inkişafında ayrıca mərhələ təşkil edir
Tarix: 29.04.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Ağstafada görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyi qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında təşkil olunan anım mərasimində rayon icra hakimiyyətinin başçısının müavini Lalə Eyyubova çıxış edərək Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlardan, Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrdən söz açıb.
Qeyd olunub ki, Zərifə xanımın elmi fəaliyyəti çox zəngin və əhatəli olub. O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, dəyərli elmi-tədqiqat işləri yazıb. Görkəmli oftalmoloq-alim vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir.
Sonra YAP Ağstafa rayon təşkilatının Qadınlar Şurasının sədri Şahinə Osmanova məruzə ilə çıxış edib. Qeyd edilib ki, Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük. Zərifə xanım Azərbaycana ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş əzəmətli ana simvoluna çevrilmiş şəxsiyyətdir.
Digər çıxışlarda da Zərifə xanımın həyat və fəaliyyətindən ətraflı bəhs edilib. Qeyd olunub ki, görkəmli oftalmoloq-alimin tibb sahəsindəki misilsiz xidmətləri gənc həkimlər üçün örnəkdir. Onun alim kimi qazandığı böyük uğurlar isə Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
UNICEF: Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info