Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq
Tarix: 29.04.2018 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Bu ilin mayında Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq.
APA-nın "apsny.ge" saytına istinadən verdiyi məlumata görə, bu, Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfiri Georgiya Cancqavanın Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdə məlum olub.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi notasında bildirilib ki, Səudiyyə Ərəbistanı və Gürcüstan arasında mövcud münasibətlər və tərəflərin bu münasibətlərin inkişafı arzulamasını nəzərə alınaraq, 2018-ci ilin mayında Səudiyyə Ərəbistanının Tbilisidə səfirliyi açılacaq.
Qeyd edək ki, Gürcüstan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər 27 may 1994-cü ildə qurulub. İndiyə qədər Səudiyyə Ərəbistanının Gürcüstandakı səfirinin iqamətgahı Bakıda yerləşib. Başqa sözlə, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri həm də bu ölkənin Gürcüstandakı səfiri səlahiyyətlərini icra edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info