Azərbaycanda bələdiyyə məktəblərinin yaradılmasına məhdudiyyət qoyulmayacaq
Tarix: 30.04.2018 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


“Bələdiyyə məktəblərinin fəaliyyəti ilə bağlı vəziyyətin öyrənilməsi üçün dünya təcrübəsi ilə tanış olmuşam. Bir çox Avropa ölkələrində bələdiyyə məktəbləri demək olar ki, yoxdur. Hətta bir müddət əvvəl bələdiyyə məktəbləri açmış bəzi Avropa ölkələri də daha sonra onların fəaliyyətini ya dayandırıb, ya da bələdiyyə məktəbləri dövlət, yaxud özəl sektora təhvil verilib”.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil kiomitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda bələdiyyə məktəblərinin yaradılması ilə bağlı qanunvericiliyə hər hansı dəyişikliyin edilməsinə zərurətin olub-olmamasına münasibət bildirərkən deyib.
İ.Həbibbəylinin sözlərinə görə, bələdiyyə məktəblərinin bağlanmasının əsas səbəbi dövlət və özəl sektorun arasında olan bu təhsil müəssisələrinin normal inkişaf edə bilməməsidir.
Akademik qeyd edib ki, dünya təcrübəsi də bələdiyyə orta məktəblərinin arzuolunan nəticələrə və imkanlara malik olmadığını bir daha göstərir:
“Ona görə də özünü doğruldan təhsil dövlət təhsilidir. Bütün dünyada orta ümumtəhsil dövlət tərəfindən təşkil edilir. Amma özəl sektorun da burada rolu var və o, inkişaf etməkdədir”.
İ.Həbibbəyli Azərbaycanda bələdiyyə təhsil müəssisələrinin yaradılmasına imkan verən “Təhsil haqqında” qanundan bələdiyyə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı bəndin çıxarılmasına ehtiyacın olub-olmamasına da münasibət bildirib:
“Qanundan bələdiyyə təhsil müəssisələrinin yaradılmasına imkan verən bəndin çıxarılmasına ehtiyac yoxdur. Biz bu bəndi çıxarmayacağıq və bələdiyyə məktəblərinin yaradılması üçün məhdudiyyət qoymayacağıq”.
Qeyd edək ki, təhsil haqqında qanuna əsasən Аzərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələri fəaliyyət göstərə bilər. Lakin Azərbaycanda indiyədək bələdiyyə təhsil müəssisələri yaradılmayıb.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info