Fukusimadakı qəza uşaqlarda xərçəng yaratdı
Tarix: 05.06.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Yaponiyada Fukusimada baş vermiş qəzadan sonra 12 uşaqda xərçəng xəstəliyi aşkar edilib. Ümumilikdə isə təxminən 360 min nəfər müayinədən keçməlidir.
Yapon prefekturası Fukusimada 2011-ci ildə “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzadan sonra aparılan sonuncu tibbi tədqiqatlardan sonra 12 uşaqda qalxanvari vəzi xərçəngi xəstəliyi, 15 nəfərdə isə xəstəliyin əlamətləri müəyyən edilib. Bu barədə “Kiodo” agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, cari ilin fevralında aparılmış tədqiqatların nəticələri ilə müqayisədə aparılan bu tədqiqatlar zamanı xəstəliyə yoluxma faktı 4 dəfə artıb. Həmin vaxt tədqiqatlar zamanı hədii-büluğa çatmayanlarda cəmi 3 qalxanvari vəzin xərçənginə yoluxma hadisəsi təsdiq edilmişdi. Xəstəliyin əlamətləri cəmi 7 yeniyetmədə aşkar edilmişdi ki, bu da bu günlərdə aparılan tədqiqatların nəticələrindən iki dəfə azdır.
Hazırda isə 18 yaşdan aşağı təxminən 174 min nəfər tibbi müayinədən keçirilib. Yapon hökumətinin planlarına əsasən, müayinədən 360 min nəfərə yaxın insan keçməlidir.
Fukusima Tibb Universitetinin ekspertləri AES-dəki qəzanın xəstəliyə yoluxanların sayını artıracağından şübhələnirlər. Onların sözlərinə görə, Çernobil AES-də baş vermiş qəzadan sonra uşaqların qalxanvari vəzi xərçənginə yoluxması yalnız 4-5 il sonra üzə çıxmağa başlamışdı.
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri hesab edirlər ki, AES-dəki qəzadan sonra onkoloji xəstəliklər cüzi artıb. Alimlər belə bir qənaətə gəliblər ki, Fukusimada qalxanvari vəzi xərçəngi riski uşaqlarda 0,85%, qadınlarda 0,23%, kişilərdə isə normal şərtlərdə 0,76% və müvafiq olaraq 0,21% təşkil edir.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info