Macarıstanda Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı AXC-nin 100 illiyinə həsr olunub
Tarix: 30.04.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Macarıstanın nüfuzlu universitetlərindən biri olan Sent İstvan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Regionların davamlı inkişafı" mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçirilib. Tədbir Szent İstvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Sent İstvan Universitetinin və eyni zamanda Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı olub. Konfransda Azərbaycan, Rumıniya və Şimali Kipr Türk Respublikalarının səfirliklərinin, Macarıstan Respublikasının rəsmi qurumlarının nümayəndələrinin və 32 ölkədən olan 100-ə yaxın gənc alimlər iştirak edib.
Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev, Rumıniya Respublikasının Macarıstandakı konsulu, eyni zamanda 1-ci katibi Bogdan Grigoras Cirtala, Şimali Kipr Türk Respublikasının təmsilçiliyinin rəhbəri Selda Çimen, eyni zamanda həmin təmsilçiliyin 1-ci katibi Hakan Aksoy, Macarıstan Respublikasının Xarici İşlər və Ticarət Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Laslo Vasa və Varşava Təbiət Elmləri Universitetinin professoru Maria Parlinski konfransa fəxri qonaq qismində dəvət olunublar.
Tədbirdə geniş məruzə ilə çıxış edən səfir Vilayət Quliyev, Azərbaycan ilə Macarıstan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli əlaqələrdən danışıb. Daha sonra V.Quliyev Azərbaycan Respublikasının zəngin tarixi və mədəniyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 ay ərzində mövcud olmuş Respublikanın və Parlamentimizin fəaliyyəti, habelə 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş Azərbaycanın nümayəndə heyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Konfransın yüksək səviyyədə keçirilməsinə görə universitetin rektoruna təşəkkürünü bildirən V.Quliyev bu kimi tədbirlərin hər iki ölkənin elm adamları arasında təmasların genişlənməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Konfransın plenar sessiyası Sent İştvan Universitetinin prorektoru professor Tamaş Toth, Enyedi Georgi Regional Elmlər doktorantura bölməsinin rəhbəri Professor Zoltan Haydu, həmin bölmənin ingilis dili proqramı üzrə rəhbəri professor Aniko Kademi Vidra, Enyedi Georgi Regional Elmlər doktorantura bölməsinin doktorantı Raqif Hüseynov, Varşava Təbiət Elmləri Universitetinin professorları Katarjina Çex və Mixal Vieleçovski tərəfindən davam edib.
Tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb və qonaqlar üçün ənənəvi Azərbaycan şirniyyatlarından ibarət çay süfrəsi və eyni zamanda macar milli mətbəxinin ləziz nümunələrindən ibarət nahar təşkil edilib. Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Gənc Alimlərin 1-ci və 2-ci Beynəlxalq Elmi Konfransları gənc alim Raqif Hüseynovun təşəbbüsü ilə Polşanın nüfuzlu universitetlərindən biri olan Varşava Təbiət Elmləri Universitetində təşkil edilib. Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransında iştirak edən gənc alimlərin elmi məqalələrinin Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin elmi jurnallarında çap olunması nəzərdə tutulur.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info