“Gün keçdikcə Azərbaycan daha da güclənəcək”
Tarix: 05.06.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Səfər Qaraqoyunlu: “Qarabağ problemi yalnız Azərbaycanın
deyil, bütün türklərin problemidir”

Müsahibimiz İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunludur.

O, 1969-cu ildə İğdırın Qaraqoyunlu mahalında doğulub. Ata tərəfi Azərbaycanın Murthanlı, ana tərəfi Qaraqoyunlu dərəsindəndir. Ailəsi XIX əsrin əvvəllərində Araz çayının o tayına köçüblər. Orta məktəbi Qaraqoyunluda oxuyub. Ali məktəbi isə İstanbulda oxuyub. Hazırda İstanbulda təhsil işləri ilə məşğuldur.

-İstanbul Türkiyə-Azərbaycan Dərnəyi nə vaxt yaradılıb və əsas fəaliyyət istiqamətləri hansılardır?
- İstanbulda Türkiyə-Azərbaycan Dərnəyi əvvəl platforma şəklində 2010-cu ildə fəaliyyətə başlayıb. Daha sonra 2011-ci ilin iyun ayının 22-də dərnək olaraq yaradıldı. Yeni qurulmasına baxmayaraq, dərnək qısa zamanda bir çox işlər görüb. Bu dərnəyi qurmağımızın məqsədi Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrini inkişaf etdirmək və ən üst səviyyəyə çatdırmaqdır. Dərnəyin əsas fəaliyyəti Azərbaycanda yaşayan soydaşlarımız və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla ictimai, mədəni, iqtisadiyyat, təhsil və digər sahələrdə əlaqələrin qurulmasıdır. O cümlədən Türkiyədə yaşayan azərbaycanlıların Türkiyə ictimaiyyəti ilə daha sıx dialoq qurmalarına, ictimai həyata uyğunlaşmalarına, həmçinin iş, təhsil, vətəndaşlıq və digər problemlərin həllinə, öz aralarında həmrəyliyin artırılmasına kömək etməkdir. Eyni zamanda Azərbaycanda yaşayan həmyerlilərimizin Türkiyə haqqındakı müsbət fikir və düşüncələrini daha da artırmağa, Türkiyədə türklər arasında isə Azərbaycana qarşı müsbət münasibətlərin artırılmasına səy göstəririk. Dərnək Türkiyəyə təhsil, iş, səyahətlə əlaqədar gələn azərbaycanlıların uyğun təşkilatlarla əlaqə yaratmaları, burada qaldıqları müddətdə müəyyən məsələlərlə bağlı qarşılaşdıqları problemlərin həll edilməsi ilə də maraqlanır.
Bu dərnəyi yaratmaqda məqsədimiz Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik tellərini inkişaf etdirməkdir. Azərbaycan və Türkiyənin dostluq və həmrəyliyi daim davam etməlidir. Biz Azərbaycanın haqlı mübarizəsini dünya ictimaiyyətinə var gücümüzlə çatdırmalıyıq. Biz “İstanbul Türkiyə-Azərbaycan Dərnəyi” olaraq Azərbaycan və Türkiyənin dünyada səsi olacağıq.
-Azərbaycanın əlamətdar günləri ilə bağlı tədbirlər keçirirsinizmi?
- Əvvəlcə deyim ki, mənim və soydaşlarımızın Türkiyə və Azərbaycan dostluq və həmrəyliyi üçün fəaliyyət göstərməsi bir neçə il əvvəl başlayıb. 1983-cü ildə rəhmətlik İbrahim Bozyelin şagirdi olduğumuz vaxtdan etibarən təməl şüarımız “Türk dünyası”, “Azərbaycan və Türkiyə” oldu. Bu dərnəkdən başqa, İstanbulda ilk Azərbaycan evinin qurulması bizlərə nəsib oldu. Eyni zamanda bir çox vətəndaş cəmiyyəti təşkilatlarında idarə heyəti üzvlüyüm davam edir. Mütəmadi olaraq Türkiyə və Azərbaycanın xüsusi günlərini keçiririk və ortaq problemlərimizi araşdırırıq və bu mənada konfranslar və görüşlər təşkil edirik. Eyni zamanda Qars, Ərdahan və İğdırın düşmən işğalından qurtuluşunu qeyd edirik. Biz fəaliyyətimizlə Azərbaycan və Türkiyə türkləri arasında qüvvətli bir körpü meydana gətirəcəyik. Birliyimiz və həmrəyliyimiz üçün bütün gücümüzü sərf edəcəyik. Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə əlaqədar Beşiktaşda mitinqlər təşkil etdik, eyni zamanda soyqırımı əks etdirən çox böyük bir panel təşkil etmişdik. Paneldə Türkiyə və Azərbaycan millət vəkilləri, elm adamları, çox sayda ziyalı insanlar və geniş bir mətbuat nümayəndələri iştirak edirdi. Qarabağ problemi yalnız Azərbaycanın deyil, bütün türklərin problemidir. Bu problem bir gün həll ediləcək. Azərbaycanın haqlı iddiasını bütün dünya bilir. Türkiyə Azərbaycanın haqlı iddiasının arxasındadır. Qarabağ məsələsini 75 milyonluq Türkiyə xalqı ürəyində hər vaxt hiss etməkdədir. Bizim də dərnək olaraq əsas vəzifəmiz başda Dağlıq Qarabağ olmaqla, Azərbaycanın işğal altında olan torpaqlarında işğalçı dövlət tərəfindən Azərbaycan xalqına qarşı edilən haqsızlıqları gündəmə gətirmək və işğal altındakı torpaqlardan evlərini tərk etməyə məcbur edilərək mühacir vəziyyətinə düşən azərbaycanlıların, istər Türkiyədə, lazım gələrsə, beynəlxalq platformalarda problemlərini dilə gətirmək və Azərbaycanın haqlı iddiasını bütün dünya ictimaiyyətinə eşitdirməkdir.
-Bütün Türkiyədə yaşayan azərbaycanlıları birləşdirmək baxımından hansı addımlar atırsınız?
- Türkiyədə yaşayan Azərbaycan türklərinin birlik və həmrəyliyi üçün gecələr və elmi yığıncaqlar təşkil edirik.
-Türkiyədəki milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər?
- Türkiyədə olan Azərbaycan dərnəkləri arasında bir problem yoxdur, yalnız koordinasiya əskikliyi var. Ancaq bu vəziyyətin getdikcə düzələcəyini düşünürəm.
-Azərbaycan diasporu yaşadıqları ölkələrin siyasi-ictimai mərkəzlərinə təsir imkanları olsun deyə hansı tədbirlər görməlidir?
- Diaspor təşkilatlarının olduqları bölgələrdə sağlam və müvəffəqiyyətlə çalışması üçün iş adamlarının mütləq kömək etməsi və siyasətin güclü olması lazımdır.
-Azərbaycan-Türkiyə müttəfiqdirlər. Amma bu gün hiss edirsinizmi ki, bu münasibətləri korlamaq istəyən qüvvələr var?
- Türklərin düşməni olacaq səbəb budur ki, türklər dünyanın ən geopolitik və strateji bölgəsində yaşayırlar. Bir yerdə yerüstü və yeraltı sərvətlər varsa, hər vaxt həmin yerə baxan bir düşmən gözü olub.
-Azəri və türk diaspor təşkilatlarının erməni məsələsinin qabardılmasında fəaliyyəti yetərincədirmi?
- Türkiyə və Azərbaycanı istəməyənlər və bu iki dövlətə böhtan atanlar eynidir. Bu mənada bizlərin çox qüvvətli həmrəylik içində olmağımız lazımdır.
-Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi? Onların işinə hansı formada köməklik göstərə bilirsiniz?
- Yeni qurulmasına baxmayaraq, dərnəyimiz əlaqə mərkəzi olmağı bacarmış və bir çox ictimai təşkilatlarla qarşılıqlı əlaqələr yaradıb. Azərbaycan və Türkiyə arasındakı qardaşlığı qısqanan çox sayda xarici qüvvələrin olduğu qətidir.
Bu münasibət hər vaxt olacaq, çünki Türkiyə çox güclü bir dövlətdir. Azərbaycan da bölgənin parlayan ulduzudur. Gün keçdikcə Azərbaycan daha da güclənəcək. Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında mütləq ən qısa zamanda birlik və həmrəylik platformasının qurulması zəruridir və bizim mütləq güc birliyi etməyimiz lazımdır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi!

Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info