“Bu, ölkəmizə təzyiq yolları axtaran qüvvələrə qarşı tutarlı cavab, prinsipial mövqe nümayişidir”
Tarix: 30.04.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə bağlı hesabatına dair fikirlərini şərh edib. O deyib: “Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə bağlı hesabatına münasibətdə ifadə etdiyi fikirlər onu göstərir ki, müstəqil Azərbaycan dövləti həm dünya miqyasında, həm də daxildə yeritdiyi siyasi xəttində əmin və qətiyyətlidir. Bu, son dərəcə mühüm mesaj, Azərbaycana təzyiq yolları axtaran qüvvələrə qarşı tutarlı cavab, prinsipial mövqe nümayişidır.
“Görünür, məhz bu mənzərə – bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir”. Cənab Əli Həsənovun bu fikirləri ilə əslində Qərb dünyasının zaman-zaman Azərbaycana münasibətdə ortaya qoyduğu siyasətin mühüm göstəricisini açıqlayır. Bəli, Qərbin bəzi dairələri hər zaman Cənubi Qafqaz regionuna vahid orqanizm kimi yanaşır. Bu yanaşmada müstəqil dövlət anlayışı yoxdur. Yalnız iqtisadi maraqlar var. Azərbaycan inkişaf edirsə, stabildirsə, burada asayiş qorunursa, əksinə Ermənistan siyasi böhran burulğanındadırsa və Ermənistanı Azərbaycan kimi sabit mövqeyə çıxarmaq mümkün deyilsə, üstəlik Azərbaycan gücləndikcə işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi zəifləyirsə, deməli hansısa formada Azərbaycanın yüksələn xəttinə ləkə gətirmək lazımdır. Hesab edirəm ki, Əli müəllim məhz bu məqamı əsaslandırılmış arqumentlərlə diqqətə çatdırıb.
Cənab Həsənovun fikirlərindən hasil olan qənaət onu da deməyə əsas verir ki, Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır. Şübhəsiz bu, çox yaxın zamanda özünün əməli nəticələrini verəcək. Deməli, mövcud istiqamətdə görüləcək işlərin daha fundamental şəkildə gerçəkləşdirilməsi mütləqdir. Diaspor təşkilatlarımızın aktivliyi o həddə çatdırılmalıdır ki, onlar xaricdə aparılan anti-Azərbaycan kampaniyasına tutarlı əks reaksiya ortaya qoya bilsinlər. İstər AŞPA-nın məlum hesabatı, istər 11 aprel Prezident seçkiləri ərəfəsində başlanılmış və dövlət idarəçiliyinə qarşı xaotik münasibəti stimullaşdırmağa hesablanmış “söyüş kampaniyası,” istərsə də daha əvvəlki illərdə ölkəmizə qarşı seçilmiş qərəzçilik xətti sahəyə diqqətin artırılmasını tələb edir. Əli müəllim bu baxımdan problemləri də sadalayıb, həmçinin diplomatiyamızla yanaşı diaspor təşkilatlarımızın Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasındakı uğurlarının gələcək fəaliyyət üçün baza rolunu oynadığını da əsaslandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info