Azərbaycanlı general San Remo festivalının beynəlxalq tərkibli jürisinin tərkibində olub
Tarix: 30.04.2018 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, İtaliyada keçirilən Beynəlxalq “San Remo – Junior” festivalında 12 yaşlı soydaşımız Fidan Hüseynova iştirak edib və müsabiqənin qalibi olub. Diqqətçəkən məqam festivalın beynəlxalq tərkibli jürisinin tərkibində Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Komitəsinin sədr müavini, general-mayor Şahin Nəsibovun da olmasıdır. General-mayor Şahin Nəsibov festivalın prezidenti tərəfindən San Remoya dəvət olunub. Yeri gəlmişkən ki, dünyanın 16 ölkəsindən olan finalçıların arasında qazaxıstanlı məktəbli Adelina Məhəmmədcanova da olub.
Müsabiqənin bütün iştirakçıları "San Remo" simfonik orkestrinin əfsanəvi Aristotel teatrının səhnəsində ifa etdiyi əsərləri ifa ediblər.
Qeyd edək ki, festival San Remo bələdiyyəsi və UNICEF-in himayəsi altında keçirilib. Festivalda dünyanın bir sıra ölkəsindən tanınmış mədəniyyət və iş adamları, San Remo şəhərinin rəhbərliyi, beynəlxalq aləmdə tanınmış kinoaktyorlar, Amerikadan dəvət olunmuş prodüsser və digər qonaqlar iştirak edib.
Xatırıldaq ki, general-mayor Şahin Nəsibov bu günlərdə prezident Nursultan Nazarbayev tərəfindən “Kurmet” ordeni ilə təltif edilib. 
Bundan başqa, general türkdilli ölkələr arasında "İlin qızıl adamı" mükafatına da layiq görülüb. 
Mükafat İstanbulda, TÜRKSOY tərəfindən təşkil olunan “İlin qızıl adamları mükafatlandırma mərasimi”ndə təqdim olunub. General Şahin Nəsibov əslən Borçalı mahalındandır, 1965-ci ildə Qazaxıstanda doğulub. Tibb Universitetini və Moskva Dövlət Universitetini bitirib. 
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info