Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulur
Tarix: 30.04.2018 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Özbəkistan hökuməti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq qərarına gəlib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Özbəkistan prezidenti Şövkət Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.    
 
“Prezident Ərdoğanla uzun söhbət etdik. Özbəkistan bayrağı da Şuradakı bayraqlar arasında yer alacaq. Bişkekdəki növbəti toplantıya Özbəkistan da qatılacaq. Bu, önəmli, böyük bir qərardır”, - deyə Ş. Mirziyoyev bildirib.
 
Qeyd edək ki, R. T. Ərdoğan bu gün Özbəkistana rəsmi səfər edib. İki ölkə arasında 25 rəsmi sənəd imzalanıb.
 
Xatırladaq ki, 16 sentyabr 2010-cu il tarixində türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib. Qurumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info