“Türk Hava Yolları” Bakıda qolf turniri keçirəcək
Tarix: 30.04.2018 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


“Türk Hava Yolları” aviaşirkəti növbəti dəfə bütün dünyada qolfun inkişafına daim dəstək olduğunu vurğulayaraq “Turkish Airlines World Golf Cup” yarışı çərçivəsində Bakıda bu idman növü üzrə şirkətlər arasında seçmə yarış təşkil edəcək.

İlk dəfə 2013-cü ildə keçirilən və cəmi 12 mərhələdən ibarət olan “Turkish Airlines World Golf Cup” yarışı hazırda hər hansı başqa həvəskar qolf üzrə korporativ yarış ilə müqayisədə daha çox ölkədə keçirilərək “Türk Hava Yolları”nın həqiqətən qlobal əhatəsini əks etdirir. Cari ilin seçim mərhələləri 63 ölkənin 100 şəhərində baş tutacaq və iştirakçıları rəhbər vəzifəni tutan adamlarla sərbəst mühitdə ünsiyyət qurmaq, həmçinin dünyada ən nüfuzlu meydançaların birində qolf oyunundan həzz almaq imkanı yaradacaq. Builki turnirin sponsorları qismində “The Financial Times”, “National”, “Titanic Hotels” və “Ruck & Maul” çıxış edəcək.

Bakıda seçmə yarışları 13 may 2018-ci il tarixində “Dreamland” qolf-klubunda keçiriləcək. Qalib “Turkish Airlines World Golf Cup” qrand-finalında iştirak edəcək, həmçinin biznes siniflə Antalyaya və geriyə uçuş, "all inclusive” sistemi üzrə 8 gün “Deluxe Belek Titanic” hotelində qalmaq imkanı əldə edəcək və “Türk Hava Yolları”nın qonaqpərvərliyindən zövq ala biləcək.

Qrand-final oktyabrın 27-dən noyabrın 4-dək Bələkdə (Antalya) keçiriləcək. Tədbirin aparıcı oyunçuları “Turkish Airlines Open Pro-Am” peşəkar turnirdə iştirak etmək və orada aparıcı Avropa peşəkarı ilə bir meydanda oynamaq imkanına nail olacaqlar. Ötən illərin qalibləri dünyanın ən yaxşı qolfçuları ilə, o cümlədən Rori Makilkroy və 14 qat çempion Tayger Vudsla bir meydançaya çıxavaqlar.

Bakıda keçiriləcək “Turkish Airlines World Golf Cup 2018” seçmə turnirində iştirakınızı təsdiq etmək üçün aşağıdaki linkə keçərək qeydiyyat formasını 4 may 2018-ci il tarixindən gec olmayaraq doldurun: https://www.golfgenius.com/pages/1389694

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Sosial sahədə Əliyev inqilabının növbəti mərhələsi: Minimum əmək haqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı
18.06.2019
Penitensiar xidmətin və Tibb baş idarəsinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları artırılıb
18.06.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları artırılıd
18.06.2019
“Atam, anam və mən”
18.06.2019
MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info