“Ölkəni yenidən hakimiyyətsizliyə sürümək ideyasını yalnız bu millətə düşmən olanlar ortaya ata bilər”
Tarix: 05.06.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


“Milli şura” ya müxalifət cəbhəsindən edilən tənqidlərin ardı-arası kəsilmir. Növbəti belə tənqid “Azadlıq” Partiyasının sədri Əhməd Orucdan gəlib. O, şəxsi “Facebook” səhifəsində “Körpə və kubik. Tanrım, məni haqq yolunda olanlardan et” yazısında “milli şura”nı sərt şəkildə tənqid edib. O, yazısında bu ideyanın gündəmdə olduğunu, lakin burada təmsil olunanların bir-birilə uyuşmadığını bildirib. Eyni zamanda Əhməd Oruc buradakı şəxslərin müxtəlif qüvvələrə xidmət etdiyini yazıb və əlavə edib: “Bu cür əks ideolojilərin, fərqli mərkəzlərin nəzarətində olan qüvvələr bu ölkəyə xeyirli nəsə gətirə bilərmi? Bir siyahını 4 aya ortaya qoya bilməyənlər bu ölkənin problemlərini çözə bilərmi? Eyni adamlar, eyni pafosla “milləti xilas” etməkdən danışırlar. Cəmi bir neçə ay əvvəl “ən böyük birlik “ictimai palata”dır” deyənlər indi “milli şura” haqda da həmin məntiqlə, həmin ağılla gözlərini yumub ağızlarını açıblar”.
O, həmçinin “ictimai palata” da bir araya gələ bilməyənlərin “milli şura”da bir yerə gəlməsinin qeyri-mümkünlüyü, əslində “milli şura” ideyasının ölkənin parçalanmasına xidmət etdiyini vurğulayıb. Əhməd Oruc “milli şura”da təmsil olunanların dünyada mürəkkəb, ağır ictimai-siyasi şəraitin olduğu bir vaxtda yenidən ölkəni xaosa sürükləmək istədiyinə toxunub və belə adamları millətin düşmənləri adlandırıb: “Bu cür başıpozuq, ağıldankəm, ambisiyasının əsiri olan intriqabazların əlində qalan, öz komandası olmayan ziyalı nə günə düşər, İlahi! Yaqub Məmmədov fenomeninin daha pis şəkildə təkrarı, yeni Şuşalar... Bundan başqa, Azərbaycanın vəziyyəti, İranın, Rusiyanın mövqeyi ortada olduğu, böyük dövlətlərin reğionda can alverində olduğu bir dönəmdə ölkəni yenidən hakimiyyətsizliyə sürümək ideyasını yalnız bu millətə düşmən olanlar ortaya ata bilər. Regionun siyasi xəritəsinin yenidən çəkildiyi ortadadır, bu dövrdə Azərbaycanın millət və dövlət olaraq daha nizamlı, daha sərt, daha məqsədyönlü, daha ədalətli, daha imanlı idarə olunmasına bir zərurət var.”
Partiya sədri “milli şura” ideyasının əslində radikal müxalifət liderlənin öz simalarını qorumaları üçün gərəkli olduğunu və onların bura qoşulmasının ümidsiz cəhdlərdən başqa bir şey olmadığına diqqəti çəkib. Son bir neçə gündə “milli şura” ətrafında cərəyan edən hadisələr bir daha bunun Azərbaycanı istəməyən bəzi xarici dairələrin layihəsi olduğunu, fəaliyyət göstərdikləri 20 il müddətində razılığa gələ bilməyənlərin artıq müxalifət düşərgəsində də etibardan düşdüyünü sübut edir.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info