“Komissiya birdəfəlik ödəmələrin şəffaf şəkildə verilməsinin təşkili mexanizmini bir ay müddətində müəyyən edəcək”
Tarix: 30.04.2018 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar Komissiya yaradılıb


Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Komissiya yaradılıb. Fərmanın icrasının nazirlik tərəfindən aidiyyəti üzrə vaxtında, tam və yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılan Komissiya bu gün ilk iclasını keçirib.
Komissiyanın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafını təmin edən uğurlu siyasətinin əsas prioritetlərindən birini təşkil edir: “Xalqımızın yekdil dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən cənab İlham Əliyevin andiçmə mərasimindən sonrakı ilk iki gündə məhz sosial müdafiə sahəsi ilə bağlı iki mühüm sənədi imzalaması da bunun növbəti təzahürüdür. Bunlardan biri “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamdır. Həmin şəxslərə Sərəncamda nəzərdə tutulan məbləğlərdə birdəfəlik maddi yardımın çatdırılması işləri 9 May-Qələbə gününə qədər tam yekunlaşacaq. Prezidentin andiçmə mərasimindən sonra sosial müdafiə sahəsi ilə bağlı imzaladığı ilk sənəd isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmandır. Bu Fərmanın imzalanması şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini, eyni zamanda, sosial ədalət prinsipinin ölkəmizdə tam təmin olunduğunu bir daha özündə təcəssüm etdirir”.
S.Babayev bildirib ki, fərman 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur: “Sosial müdafiə əhəmiyyətli bu mühüm fərmanın yüksək səviyyədə icrası, xüsusilə də qeyd edilən birdəfəlik ödəmənin verilməsi prosesinin tam şəffaf, ümumən vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə həyata keçirilməsi bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Nazirliyin əmri ilə yaradılan Komissiya tərəfindən bu istiqamətdə tədbirlərin təşkili və həyata keçirilməsi təmin olunacaq. Komissiya birdəfəlik ödəmələrin şəffaf şəkildə verilməsinin təşkili mexanizmini bir ay müddətində müəyyən edəcək”.
Nazir qeyd edib ki, fərmanda nəzərdə tutulan şəxslərin ümumi siyahısının hazırlanması üçün aidiyyəti qurumlara müraciətin göndərilməsi ilə bağlı Komissiya tərəfindən konkret müddətlər müəyyən edilib: “Eyni zamanda, birdəfəlik ödəmənin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq. Hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti də təmin ediləcək”.
S.Babayev vurğulayıb ki, bu işlər Fərmanda ödəniş edilməsi nəzərdə tutulan şəxslərin vərəsələrinin hər hansı süni maneələr və süründürməçilik olmadan şəffaf şəkildə bu hüquqlarının tanınmasını təmin edəcək, eyni zamanda ödəniş mexanizmi də aidiyyəti qurumlarla razılaşdırılaraq sadə, əlçatan və səmərəli şəkildə qurulacaq.
İclasda 19 aprel 2018-ci il tarixli Fərmanın icrasının nazirlik tərəfindən vaxtında və yüksək səviyyədə təmin edilməsi üçün Komissiyanın qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı görəcəyi işlər ətraflı müzakirə olunub, nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info