Xaçmaz sakinləri tibbi müayinəyə cəlb edilib
Tarix: 30.04.2018 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Xaçmaz rayonunda fevralın 12-dən indiyədək 108 min nəfərdən çox sakin müayinə olunub. Bu, rayonda tibbi müayinələrə cəlb olunması nəzərdə tutulan əhalinin 81 faizini təşkil edir.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Lətif Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib. Müayinə olunanlardan 633-ü stasionar müalicəyə cəlb olunub. 257 nəfər isə Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. Ambulator müalicəyə cəlb olunanların sayı isə 26 min 155 nəfərdir.
Lətif Abbasov bildirib ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib.
Baş həkimin müavini qeyd edib ki, xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər. Bununla yanaşı, kəndlərdə yaşayan sakinləri müayinə etmək üçün altı səyyar həkim briqadası da yaradılıb. Rayondakı 151 yaşayış məntəqəsindən 149-da müayinələr başa çatıb.
Xaçmazda keçirilən müayinələr zamanı daha çox qan-damar və kəskin respirator xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. Ehtiyac yarandıqda vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilib.
Mayın 12-dək davam edəcək tibbi müayinələrə rayonun 134 min nəfərə yaxın sakininin cəlb olunması nəzərdə tutulur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Nəsimi Rayon İcra Hakimiyyəti Silahlı Qüvvələri Gününü qeyd edib
27.06.2019
Elektrik xətlərinin mühafizə zonası ilə bağlı videoçarx
27.06.2019
Sədərəkdə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info