Armen Badalyan: ”Çoxları bu mitinqlərdə antirusiya meyillərinin ortaya çıxdığını hiss etmişdi”
Tarix: 30.04.2018 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


«1in.am»: “Rusiya Ermənistanda «Maydan hərəkatı»nın yeni formasını işə sala bilər”

«Ermənistanda radikal islahatların həyata keçirilməsi üçün ən mühüm məsələ ölkənin siyasi sisteminin yenidən formalaşdırılmasıdır ki, bu proses də artıq davam edir.» Bu barədə siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan «1in.am» saytına danışarkən bildirib.
Badalyana görə, «Bu gün Ermənistanda Nikol Paşinyanın namizədliyini dəstəkləyən üç siyasi qüvvə mövcuddur - iki blok və bir partiya. Maraqlıdır ki, hakim Respublika Partiyası da bunun əleyhinə çıxmayıb. Önəmli məsələlərdən biri də Respublika Partiyasının kifayət qədər səsə malik olmamasıdır. Belə ki, bu partiya 53 səslə özünün bir namizədini nəzəri olaraq təklif edə bilər. Lakin bu məqamda belə bir sual meydana çıxır: bütün bu 53 namizəd tək Karen Karapetyana səs verəcəkmi, axı onunla fraksiya arasındakı problemlər hələ də mövcud olmaqdadır. Başqa bir önəmli məsələ bundadır ki, Nikol Paşinyanın başçılıq etdiyi hərəkatın ilk mərhələsində, yəni Serj Sarkisyanın baş nazir seçildiyi günlərdə, Karen Karapetyanı dəstəkləyən erməni-rus biznesmeninin müəssisələrinin işçiləri də yürüşə qoşulmuşdular. Və ən maraqlısı isə onların Karen Karapetyana dəstək verdikləri, hətta respublikaçı deputatlara da əyan idi. Belə çıxır ki, Karen Karapetyan və onun havadarları "gizli" olaraq Serj Sarkisyana qarşı işləyirmişlər», - deyə Badalyan bildirir.
Erməni ekspertə görə, bəzi millət vəkilləri yuxarıda qeyd olunanları nəzərə alaraq, Karen Karapetyanın namizədliyinə səs verə bilər: « Karen Karapetyanın namizədliyi irəli sürüldüyü zaman o, Rusiyaya tərəf meyil nümayiş etdirməklə, ciddi səhv etdi. Təkcə mən yox, çoxları bu mitinqlərdə antirusiya meyillərinin ortaya çıxdığını hiss etmişdi. Təbii ki, bunu təkcə Karapetyan yox, onun əksər partiyadaşları da başa düşmüşdülər. Onlar bu hərəkatın antirus hərəkatına çevrilməsini arzuolunmaz hesab edirdilər.
İndi təsəvvür edək ki, Karen Karapetyan namizəd kimi irəli sürülüb Ermənistanın baş naziri oldu, bu zaman bütün suallar həllini tapacaqmı? Hesab edirəm ki, bu proses daha da güclü vətəndaş itaətsizliyinə gətirib çıxara bilər və qeyri-məqbul düşüncələri olan bəzi qruplar, hətta bəzi dövlət əhəmiyyətli binaların ələ keçirilməsi və s.kimi radikal addımlar da ata bilərlər. Bu halda isə Rusiya Ermənistanda «Maydan hərəkatı»nın yeni formasını işə salar ki, bu da dövlətimiz üçün ciddi problemlər yarada bilər. Bunu Respublika Partiyasından olan bəzi deputatlar da yaxşı anlayırdılar».
Erməni ekspert Livan qəzetlərinin birində nəşr olunan məqaləyə istinadən, erməni prezident Armen Sarkisyanın Vladimir Putinlə telefon danışığında, nümayişləri dağıtmaq üçün Rusiya tərəfindən Ermənistana 10 min nəfərlik polis qüvvəsi təklif olunduğunu bildirir. Badalyana görə, belə bir addımın atılması Ermənistanda daha problemli bir vəziyyətin yaranmasına yol aça bilər: «Belə bir addımın atılması, mitinqçilərlə yanaşı, hakimiyyət nümayəndələri üçün də arzuolunmaz olan gözlənilməz nəticələrə gətirib çıxara bilər. Əgər hakimiyyət qara və ağa bölünürsə, bu vəziyyət həmişə ciddi qarşıdurmalara gətirib çıxarır. Bu gün erməni hadisələri Amerika Birləşmiş Ştatlarının KİV-lərində, amerikalı ekspertlərin diqqət mərkəzindədir. Ehtimal olunan toqquşmalarda isə Qərblə ciddi problemlər yaranacaqdı», - deyən Badalyan, məhz bu yaşananların Respublika Partiyasının təslimçilik mövqeyinə keçməsinə təkan verdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info