Sacid Cavid Böyük Britaniyanın daxili işlər naziri oldu
Tarix: 30.04.2018 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Sky News” xəbər verir ki, Ember Raddın istefasından sonra bu vəzifəyə milli azlıqların nümayəndəsi, Pakistan əsilli Sacid Cavid təyin olunub. 1969-cu il təvəllüdlü S. Cavid daha əvvəl “Chase Manhattan” bankında, “Deutsche Bank”da çalışıb və Britaniya hökumətində yerli özünüidarə məsələlərinə cavabdeh olub.
S. Cavidin bu vəzifəyə təyinatı onunla izah edilir ki, baş nazir Tereza Mey DİN-ə əvvəl bu qurumla hər hansı əlaqəsi olmamış və sələfi E. Raddın qarışdığı qalmaqala bağlılığı olmayan bir şəxsi göndərmək istəyib.
E. Radd “Windrush” adlanan qalmaqaldan sonra istefa verib. Londonun İkinci Dünya müharibəsindən sonra işçi ehtiyacını ödəmək üçün Afrika və Karib adalarından dəvət etdiyi işçilərin nəsilləri Britaniyada məhz bu cür adlandırılır. Bu ad 1948-ci ildə Yamaykadan bir neçə yüz adamı gətirən “Empire Windrush” laynerinin adından götürülüb. Onlardan sonra minlərlə digər işçi ölkəyə gəlib. 1971-ci ildə onların hamısına müddətsiz Britaniyada qalmaq hüququ verilib. Lakin 2012-ci ildə qanunvericilik sərtləşdirildikdən sonra onların bəziləri deportasiya təhlükəsi ilə üzləşib. Yeni sənədə əsasən onlar qanunsuz miqrant sayılıb. Qalmaqal da bununla əlaqədar yaranıb. E. Radd parlament komitəsinə deportasiya ediləcək miqrantların göstəriciləri ilə bağlı yanlış məlumatlar verib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info