İranın nüvə məsələsi ilə bağlı yeni vəziyyət
Tarix: 01.05.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramına dair yeni sənəd imzalanmasını zəruri sayıb
Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın imzalanmasını, bu sənəddə Hərtərəfli Birgə Fəaliyyət Planında əksini tapmayan bir sıra yeni elementlərin daxil edilməsini vacib sayıb. TASS agentliyinin məlumatına görə bu fikirlər Böyük Britaniya baş naziri Tereza Meyin Almaniya baş naziri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla telefon danışığının nəticəsi ilə bağlı yayılan bəyanatda əksini tapıb. Bəyanatda qeyd edilib ki, tərəflər Hərtərəfli Birgə Fəaliyyət Planının qorunub saxlanılmasını, eyni zamanda İranın yaratdığı bir sıra problemlərin həlli üçün ABŞ-la birgə çalışmağı, yeni məsələlərin də daxil ediləcəyi yeni razılaşmanın imzalanmasını dəstəkləyirlər. Bu məsələlər sırasında İranın raket proqramı və Tehranın regionda qeyri-stabilliyə yol açan fəaliyyəti qeyd olunub. Belə görünür ki, London, Paris və Berlin Ağ Evin təzyiqlərinə dözə bilmədi. Onlar imzalanmış sazişə dəyişiklik olmayacağını desələr də, bir-birinin ardınca Makron və Merkelin Vaşinqtona səfərindən sonra vəziyyət dəyişib. Artıq Fransa prezidenti Emmanuel Makron və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilir. Məlumata görə tərəflər İranın nüvə proqramı üzrə sazişin gələcəyini müzakirə ediblər. Fransa prezidenti bir daha bildirib ki, razılaşma qüvvədə qalmalıdır. Tərəflər, həmçinin Suriya və Yəməndəki vəziyyəti müzakirə ediblər. Dünən Rusiya və Fransa prezidentləri - Vladimir Putin və Emmanuel Makron arasında da telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının ciddi şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq gündəmin aktual məsələlərini də müzakirə ediblər. Xatırladaq ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info