Misir səfiri Bilik Fondunun qonağı oldu
Tarix: 01.05.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim xanımı Enas Eissa ilə birlikdə Prezident yanında Bilik Fondunun qonağı olub. Qonaqları səfirliyin mədəniyyət attaşesi Əhməd Sami Elaydi müşayət edib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurum ölkə əhalisinin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılması, Azərbaycan həqiqətlərinin, azərbaycançılıq məfkurəsinin, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin xarici ölkələrin yüksək rütbəli nümayəndələri vasitəsilə dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq əlaqələrini genişləndirir.
İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb. Azərbaycana yeni təyin olunmuş səfir Adel İbrahim ölkəmizdə inkişafın yüksək səviyyəsindən, multikultural mühitdən söz açıb. Bilik Fondu rəhbərliyinin əməkdaşlıqla bağlı təkliflərini müsbət dəyərləndirdiyini deyən səfir Fondun könüllüləri, təcrübəçiləri ilə mütəmadi görüşməyə və müxtəlif mövzularda səmimi ortamda fikir mübadiləsi aparmağa hazır olduğunu bildirib. Qonaq öz növbəsində Bilik Fondu rəhbərliyini Misir Ərəb Respublikasına səfərə dəvət edib, qarşı tərəf bu dəvəti müsbət qiymətləndirib. Sonda səfirə və xanımına Fondun xatirə hədiyyələri təqdim edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info