Mehriban Əliyevanın etimadı gücümüzə olan inamımızı artırır
Tarix: 01.05.2018 | Saat: 05:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva hər zaman gimnastların yanındadır və bu etimad idmançıların öz gücünə inamını möhkəmləndirir.
Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
Baş məşqçi ötən gün Bakıda başa çatmış və Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasilevadan ibarət Azərbaycan komandasının beş halqa ilə qrup hərəkətlərində bürünc medal qazandığı bədii gimnastika üzrə Dünya Kuboku mərhələsinin yekunları barədə danışıb:
“Hər şey yaxşı qurtaranda sən nələrdən keçdiyini, axıtdığın göz yaşlarını, xoşagəlməz məqamları unudursan. Mən çox şadam ki, ötən gün biz yarışı bu cür başa vurduq. Evdə çıxış etmək çox çətindir. Bizdə hər il azarkeşlərin sayı artır, xüsusilə final günü zal tam dolu idi. Bu isə bizim üzərimizə azarkeşləri sevindirmək öhdəliyi qoyur. Qızlar hər gün maksimum bacarıqlarını göstərməyə çalışırdılar və nəhayət, biz azarkeşlərimizi sevindirə bildik. Bu, Rusiyanın qrup hərəkətləri yığması istisna olmaqla ən güclü komandaların iştirakı ilə baş verdi”.
M.Vasileva bu uğuru Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın fəaliyyəti ilə bağlıyıb:
“Bu uğur Azərbaycan Gimnastika Federasiyasının prezidenti, həm də ölkənin Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın rəhbərliyi ilə kollektivimizin sıx birliyi sayəsində əldə olundu. Bizim üçün yaradılan bütün şəraitə, göstərilən dəstəyə görə Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Nəticələrin necə olmasından asılı olmayaraq, o, hər zaman yanımızdadır. Bu, bizə olan inamın, etibarın göstəricisidir və bizim ən yaxşı olduğumuza inamımızı daha da möhkəmləndirir. Biz dünən bunu nümayiş etdirdik. Mehriban xanıma demək istəyirəm: “Minnətdarıq, qarşınızda baş əyirik, bizi indiyə qədər sevdiyiniz kimi sevməkdə davam edin”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info