Kaliforniyada AXC-nin 100 illiyinə həsr olunmuş şahmat turniri
Tarix: 01.05.2018 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilib.
 
Los Ancelesdəki Baş Konsulluqdan verilən xəbərə görə, “Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turnirin bundan sonra hər il 28 may - Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.

San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.

Dörd turdan ibarət olan turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50 şahmatçı öz güclərini sınayaraq, altı bölmədə mübarizə aparıblar.
 
Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbyacanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müsəlman dünyasında ilk dünyəvi respublika olması, Azərbaycanın 1991-ci ildən bəri keçdiyi müstəqillik yolu, əldə etdiyi nailiyyətlər, ölkəmizdə şahmat idmanının inkişafı barədə məlumat verilib, kitabçalar paylanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info