Yaponiyada “Coolbiz” fəsli başlayıb
Tarix: 01.05.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Yaponiyada hər il mayın 1-dən keçirilən ümummilli “Coolbiz” fəsli başlayıb. Həmin gündən etibarən ölkədəki bütün qulluqçulara iş yerinə pencəksiz və qalstuksuz gəlmək icazəsi verilir, dövlət müəssisələrindəki kondisionerlər isə müsbət 28 dərəcə göstəriciyə qoyulur.
AZƏRTAC xəbər verir ki, “Coolbiz” kampaniyasının məqsədi ölkədə elektrik enerjisindən istifadəni azaltmaqdır. İyunun 1-dən başlayaraq həmin fəsil “Super coolbiz” adlanan ikinci mərhələyə qədəm qoyacaq ki, bu da yapon qulluqçulara tam sərbəst geyimdə, hətta cins şalvar, futbolka və ya şalvarın üstündən salınan qısaqol köynəkdə işə gəlməyə icazə verəcək. Həmin vaxt hökumət üzvləri, əsasən yüngül şalvar və ölkənin cənubunda daha çox yayılmış “karuyuşi” adlanan güllü pambıq köynəklər geyinirlər.
Yaponiyada ümummilli yay geyiminə keçilməsi təcrübəsi 2005-ci ildən tətbiq edilir. Xüsusən 2011-ci ilin martında “Fukusima-1” atom elektrik stansiyasında baş verən qəzadan sonra yaşanan enerji böhranı bu kampaniyanın əhəmiyyətini daha da artırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info