AXC-nin yubileyinə həsr edilmiş media layihəsinin təqdimatı olub
Tarix: 01.05.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


“ASAN xidmət”in dəstəyi, Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə birgə tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş media layihəsinə start verilib.
 
Bu münasibətlə keçirilən mətbuat konfransında “100 illik tarix” adlı layihə jurnalistlərə təqdim olunub.
 
Uzunmüddətli layihə çərçivəsində bankın dəstəyi ilə AXC-nin fəaliyyətinə dair silsilə audio-video materiallar hazırlanacaq. Bu materiallar “ASAN Radio”nun efirində, Azərbaycan Beynəlxalq Bankının və “ASAN xidmət”in müxtəlif sosial şəbəkələrdəki kommunikasiya kanallarında izləyicilərə təqdim olunacaq. Materiallarda AXC-nin 23 aylıq fəaliyyətinin ayrı-ayrı məqamları üzə çıxarılacaq. Layihə müxtəlif arxivlərdə, muzeylərdə qorunan, geniş auditoriyanın isə məlumatsız olduğu bir sıra maraqlı faktlara işıq salacaq.
 
Sənədli materialların, Cümhuriyyət qurumlarının fəaliyyət göstərdiyi tarixi binaların, muzey eksponatlarının və s. bələdçiliyi ilə bu materiallar izləyiciləri 100 il əvvəlki tarixi günlərə səyahətə aparacaq. Materialların hazırlanması prosesində Rahib Azəri ekspert kimi iştirak edəcək.
 
“ASAN Radio”nun direktoru Emin Musavi layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət xidmətləri sahəsində ixtisaslaşmış ilk və yeganə radio - “ASAN Radio”nun fəaliyyətində maarifləndirmə xətti xüsusi yer tutur: “Dövlət başçısının sərəncamından irəli gələrək, bu layihə də dinləyicilərimizin Cümhuriyyət tarixi ilə bağlı maariflənməsində, dəyərlərimizin təbliğində mühüm rol oynayacaq”.
 
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirovanın sözlərinə görə, layihənin reallaşdırılmasında məqsəd Cümhuriyyət dəyərlərimizin təbliğidir: “Bu il ölkəmizdə “Cümhuriyyət” ili elan olunub. Azərbaycanın istiqlaliyyətinin 100-cü ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlərə biz də belə bir layihə ilə öz töhfəmizi vermək istədik. İnanırıq ki, layihə çərçivəsində təqdim olunan audio-video materiallar böyük maraq yaradacaq”.
 
Layihənin eksperti Rahib Azəri isə Cümhuriyyət tarixinin zəngin bir mənbə olduğunu söyləyib: “Bu zənginliyə televiziya verilişləri hazırlayarkən özüm dəfələrlə şahid olmuşam. Hansısa bir faktın izi ilə irəlilədikcə, qarşında yeni tarixi həqiqətlər açılır. Bunların hələ çox az bir qismini öyrənə bilmişik. Maraqlı və faydalı bir layihənin alınmasından ötrü bütün imkanlarımızı ortaya qoyacağıq”. 
 
Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə digər bir müştərək layihəsi də mətbuat konfransında jurnalistlərə təqdim edilib. Bu, 4 may tarixindən etibarən hər cümə saat 19.05-də “ASAN Radio”da efirə gedəcək maarifləndirici proqramdır. Bu proqramda Azərbaycan Beynəlxalq Bankı mütəxəssislərinin iştirakı ilə maarifləndirici müzakirələr aparılacaq, maliyyə-bank mövzusunda müxtəlif suallar cavablandırılacaq, cəmiyyətdə maliyyə savadlılığının yüksəlməsinə dəstək veriləcək. Proqramın aparıcısı tanınmış iqtisadçı-jurnalist Əli Əhmədov olacaq. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər
19.07.2019
Naxçıvan əhalisinin sayı açıqlanıb
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info