BANM-də AXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi keçirilib
Tarix: 01.05.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə BANM-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgidə 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı materiallar toplayan kolleksiyaçı və jurnalist Dilqəm Əhməd iştirak edib.
İlk olaraq, tədbirin həyata keçməsində böyük əməyi olan BANM THİK-ın I kurs Kimya mühəndisliyi fakültəsinin sədri Rəşad Əhmədov tədbir haqqında məlumat verib. Cümhuriyyətimizin, onun fədailərinin əşyalarını, məktubları, bir sözlər tariximizi bir yerə yığaraq kolleksiya formalaşdıran, həmçinin onları publisist yöndən araşdıran, cəmiyyətə, gələcək nəsillərə ötürməklə məşğul olan Dilqəm Əhməd tədbirin başlanğıcında geniş təqdimatla BANM-ın tələbələri qarşısında çıxış edib. O öz təqdimatında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Camo bəy Hacınski, Səməd bəy Mehmandarov, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi görkəmli şəxsiyyətlər barəsində məlumat verərək, onların şəkilləri, məktubları, Azərbaycan tarixində rolu, baş vermiş hadisələr və onların xatirəsi ilə bağlı əhvalatlar haqqında tələbələrə geniş məlumat verib. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin vurğunu olan kolleksiyaçı, Cümhuriyyət siyasilərinin ailə üzvləri ilə olan şəkilləri, həmin dövrə aid, məhv olmaqdan qurtarılmış sənəd və şəkillər haqqında öz bildiklərini tədbir iştirakçıları ilə paylaşıb.
Daha sonra BANM-ın tələbələri Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı onları maraqlandıran suallar ünvanlayıblar.
Təqdimat bitdikdən sonra BANM-ın tələbələri Dilqəm Əhmədin altı ildən çoxdur ki, topladığı, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə səyahət etdirən kolleksiyası, bu kolleksiyadan fotoşəkillər, məhv olma riski ilə üzləşmiş tarixi sənədlərlə tanış olublar. Kolleksiyaçı sərgi boyu tələbələrə hər bir şəkil və sənəd haqqında maraqlı məlumatlar verib.
Qeyd edək ki, Dilqəm Əhməd həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dair bilgiləri özündə birləşdirən, böyük uğur qazanmış “Fərqlilər” və “Mühacirlərin dönüşü” kimi kitabların müəllifidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info