FHN əməkdaşı dünya ikincisi oldu
Tarix: 01.05.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin idmançıları son illər bütün növ yarışlarda yüksək səviyyədə iştirak edərək möhtəşəm uğurlara imza atırlar. Bu imzalar içərisində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da adları var. Onlardan biri də Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm İlham oğlu Müslümovdur. O, bu il mart ayının 13-də keçirilən Şərq Döyüş Növləri Federasiyaları Şurasının, Gənclər və İdman Nazirliyinin razılığı və təşkilatcılıqı ilə "Kempo" döyüş növü üzrə 8 – ci ənənəvi Azərbaycan çempionatında 80 kiloqram çəki dərəcəsində yarışa qatılmış və bütün görüşləri qələbə ilə başa vuraraq iki qat Azərbaycan çempionu olmuşdur. Rüstəm Müslümov 2018-ci il aprel ayının 15-də respublikamızda baş tutan beynəlxalq grappling team turnirinin də qalibi olmuş və Macarıstanın Budapeşt şəhərində "Kempo" əlbəyaxa döyüş növləri üzrə 15-ci Dünya cempionatına vəsiqə qazanmışdı. Aprel ayının 28-də dünyanın 67- dən artıq ölkəsinin idmançılarının qatıldığı bu yarışda ölkəmizi layiqincə təmsil edən Rüstəm Müslümov Dünya ikincisi olmaqla gümüş medal qazanmışdır. Bununla da Rüstəm Müslümov iki qat dünya mükafatçısı olmuşdur .

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info