90 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb
Tarix: 01.05.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və 90 nəfər əlilliyi olan şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.
İstirahətə yola salınan şəxslər ölkəmizdə əlilliyi olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərin onlarda məmnunluq hissi doğurduğunu vurğulayıblar. Onlar dövlət qayğısı ilə əhatə olunduqlarına, habelə ölkəmizin gözəl təbiətə malik guşələrində istirahət etmələrinə şərait yaradıldığına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” qeyd olunan insanların cəmiyyətə inteqrasiyası, tibbi bərpa olunmalarına köməkliyin göstərilməsi, bədən tərbiyəsi və idmana cəlb edilmələri, asudə vaxtlarının təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi üçün cari ildə həyata keçirilməsi nəzərdə tutulan təbirləri əhatə edir. Əlilliyi olan şəxslərin istirahətə göndərilməsi də həmin Proqrama uyğun olaraq, onların asudə vaxtlarının səmərəli təşkili məqsədinə yönəlib.
Bu məqsədlə cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin respublikamızın səfalı guşələrindəki istirahət mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info