May ayının ilk hərracı keçirilib
Tarix: 01.05.2018 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən may ayının ilk hərracı keçirilib. Budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 9 qeyri-yaşayış sahəsi, 2 yarımçıq tikili, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 yarımçıq tikili özəlləşdirilib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Xəzər rayonunda yerləşən 8 saylı mağazadır. Sahibkar investisiya yatırmaqla həmin obyektdə ərzaq mallarının pərakəndə satışını həyata keçirə bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxındır.
Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsi Nəsimi, Yasamal və Qaradağ rayonlarında yerləşir. Regionlar üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Gəncə, Göyçay, Bərdə şəhərlərindədir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Göyçayda yerləşən, ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Özəlləşən nəqliyyat vasitələrinin markaları isə müxtəlif olub. Avropa istehsalı olan maşınlar üstünlük təşkil edib. Buraxılış tarixləri isə 2006-2008-ci illərə aiddir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib və onların səhmləri özəlləşdirilmişdir
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 8-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək 178 əmlak çıxarılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info