“Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən müəyyən dairələr var”
Tarix: 01.05.2018 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


"Azərbaycanı tanımaq, onu həqiqətən də öyrənib obyektiv şəkildə təqdim etmək istəyən tədqiqatçılar, ekspertlərlə yanaşı, ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən müəyyən dairələr, məlumatları öz maraqlarına uyğun istifadə etmək istəyən insanlar da var".Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.O qeyd edib: "Biz informasiya mübadiləsində Azərbaycanla bağlı dolğun, obyektiv, geniş məlumat verməyə çalışmalıyıq".Ə.Mehdiyev bildirib ki, bu məsələdə mətbuatın rolu nə qədər böyükdürsə, Azərbaycanın alimlərinin və tədqiqatçılarının üzərinə bir o qədər də böyük yük düşür.Son illərdə Azərbaycanda müşahidə olunan yüksək sosial-iqtisadi inkişafın Azərbaycan vətəndaşının mənafeyinə uyğun olaraq həyata keçirildiyini deyən PA rəsmisi qeyd edib ki, bu yaxınlarda keçirilən prezident seçkilərində Azərbaycan əhalisinin mütləq əksəriyyətinin öz səsini Prezident İlham Əliyevə verməsini ölkəmizdə yaranan ab-havanın, cərəyan edən hadisələrin məntiqi nəticəsi saymaq olar.
Ə.Mehdiyev deyib ki, bu gün Azərbaycanın sosial-iqtisadi, mədəni həyatına diqqət yetirdikdə həyata keçirilən köklü islahatların, gündən-günə möhkəmlənən ictimai-siyasi sabitliyin, sosial-iqtisadi dəyişikliklərin əhalinin əhvali-ruhiyyəsinə təsir etdiyini görürük.
PA rəsmisi bildirib ki, bütün bunlar ölkə ictimaiyyətinin diqqətini cəlb etdiyi kimi, ölkəmizlə maraqlanan xarici ölkə tədqiqatçılarının da marağını cəlb edir: "Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədə formalaşmış bu mühitlə bağlıdır. Azərbaycanın həyatının hər hansı sahəsini öyrənmək istəyən, ona qiymət vermək istəyən ekspert istər-istəməz dövlət siyasətinin mahiyyətini araşdırmalıdır".
Ölkəmizə diqqətin getdikcə artdığını söyləyən Ə.Mehdiyev əlavə edib ki, Azərbaycan artıq neft layihələrinin, mühüm beynəlxalq tədbirlərin mərkəzi kimi tanınıb. Bütün bunlar isə Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info