“Ermənistanda miqrasiyanın qarşısını almaq mümkün olmayacaq”
Tarix: 02.05.2018 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Artak Markosyan:
“Ermənistanda siyasi, sosial və iqtisadi vəziyyət elədir ki, ölkənin gələcəyi sual altındadır. Bu gün Ermənistanda bütün sahələr tənəzzül içindədir”

“Adətən, inqilablar ölkədə demoqrafik vəziyyətə müsbət təsir göstərir. Bunun bariz nümunəsini 2005-2007-ci illər Gürcüstandakı “qızılgül inqilabı”ndan sonra ölkədə yaşanan miqrasiya balansına müsbət təsiri göstərmək olar. Belə ki, bu ölkədə baş verən dəyişik-liklərdən sonra miqrasiya problemi aradan qalxdı. Bu halda insanlar ölkədəki vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümid edərək geri dönürlər”.
Bu barədə “1in.am” saytına danışan erməni demoqraf Artak Markosyan bildirib. Markosyana görə, Ermənistandakı son proseslərdən sonra, birmənalı olaraq bildirmək olar ki, ölkədən köç etməyə hazırlaşanlar bir müddət gözləmə mövqeyi tutacaqlar: "Hazırda Ermənistandan getməyə qərar verənlər hakimiyyət dəyişikliyindən sonra ölkədə hansısa dəyişikliklərin baş verəcəyinə ümid edərək bir müddət ölkədə qalmaq qərarı verə bilərlər. Şəxsən mən ölkədən köç edənlərin sayında azalma və ya xaricdəki ermənilərin qayıtması ilə bağlı heç bir zəmanət verə bilmərəm. Lakin düşünürəm ki, doğru siyasətin aparılması ilə ölkədəki köçün təxminən 2-3 ildən sonra dayanmasına şərait yaradıla bilər”. Ekspertin fikrincə, ölkədən miqrasiyanın azalması ilə bağlı ancaq bir neçə ildən sonra danışmaq mümkün ola bilər: “Qarşıdakı bir neçə il həlledici olacaq. Əgər bu müddət ərzində insanlar müsbət məqamlarla qarşılaşmasalar, bu halda miqrasiyanın qarşısını heç cür almaq mümkün olmayacaq. Ermənistanda siyasi, sosial və iqtisadi vəziyyət elədir ki, ölkənin gələcəyi sual altındadır. Bu gün Ermənistanda bütün sahələr tənəzzül içindədir. Ölkədəki demoqrafik vəziyyət, doğumun azalması ölkənin gələcəyi üçün yaxşı şey vəd etmir. Ona görə də ölkədə ən azından doğum dərəcəsini artırmaq, yoxsulluğun azaldılmasına nail olmaq, iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün vəsait sərf etmək lazımdır. İndi Ermənistandakı ən ciddi problem yoxsulluq, miqrasiya və monopoliyadır. Bu planda bəzi dəyişikliklər baş verərsə, bu, sosial-iqtisadi vəziyyətə təsir göstərə bilər. Bu gün Ermənistanda həllini gözləyən məsələlərdən, bəlkə də ən önəmlilərindən biri gənc ailələri mənzillərlə təmin etmək məsələsidir. Bu, çox vacib məsələdir. Çünki mənzil sahibi olanlar ölkəni tərk etməyi daha az düşünürlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info