“Türkiyədə millət vəkili olsam, görmək istədiyim çox işlər var”
Tarix: 02.05.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Gələn ay Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərə Ankaradan hakim partiya AKP-dən Azərbaycan əsilli Samir İsgəndəroğlu namizədliyini verib. Samir İsgəndəroğlu qəzetimizə müsahibəsində bu seçkilərlə bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, Samir İsgəndəroğlu Rusiyanın Krasnodar şəhərində doğulub. 1998-ci ilə qədər Gədəbəy rayonunun Gərgər kəndində yaşayıb. Daha sonra Bakı şəhərinə köçüb və 2003-cü ildə Xətai rayonu 48 saylı orta məktəbini bitirib. İxtisasca hüquqşünasdır. Yeni Nəsil Azərbaycan Gəncliyi İctimai Birliyinin qurucularındandır. 2007-ci ildə Bakıda Diplomatların Diskussiya Klubunun sədri olub. 2010-cu ilin sonundan Türkiyədə yaşayır. 2011 - 2013-cü illərarası Gənclik Təşəbbüs Qrupu İctimai Birliyində fəaliyyət göstərib. 2013-cü ildən Türkiyə ilə Rusiya və Türkdilli dövlətlər arasında siyasi sosial işlərdə aktivlik göstərir. 2017-ci ildən Ankara Gənc İş Adamları Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəridir
-Türkiyə-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?
- Türkiyə-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir, amma daha bir çox sahələrdə işbirliyinə ciddi ehtiyac olduğunu düşünürəm. Bütün sahələrdə Türkiyənin Azərbaycana tam dəstəyi var. Eyni zamanda cənab Prezidentimizin son səfəri də göstərdi ki, hər şeyi ilə Azərbaycanımız da Türkiyə Cümhuriyyətinin yanındadır.
-Türkiyədə bu parlament seçkiləri əvvəlkilərdən fərqli olaraq nə kimi əhəmiyyətlidir?
- Bu parlament seçkilərinin əvvəlkilərindən əsas fərqi odur ki, keçid dövrünün məclisi olacaq və yeni sistem prezidentlə tam həmrəy şəkildə olmazsa, sistem yavaşlayar.
-Platformanızı anlatmaq üçün sizə lazımi şərait yaradılırmı?
- Burada bütün namizədlər üçün dövlət tərəfindən tam şərait yaradılıb.
-Sizdən başqa, azərbaycanlı namizəd varmı?
- Bildiyim qədər AKP-dən məndən başqa, Azərbaycandan gəlib Türkiyə vətəndaşı olub namizədliyini verən heç kəs yoxdur. Bir də İğdır əsilli Nurəddin Aras var.
-Azərbaycandakı deputatlarla əlaqələriniz varmı?
- Bəli, Azərbaycanda mənim çox səmimi olduğum millət vəkilləri var; Qənirə Paşayeva, Elman Nəsirov, Aydın Mirzəzadə və b. Həmçinin sizin vasitənizlə də Fuad Muradovu təbrik edirəm və ona yeni vəzifəsində uğurlar arzulayıram.
-Azərbaycana tez-tezmi gəlirsiniz?
- Bəli, vaxt olduqca gəlirəm. Ən azından ildə bir dəfə də olsa, gəlməyə və hər gəldiyimdə də mütləq Gədəbəyə də getməyə çalışıram. Düşünürəm ki, insan harada olursa olsun, öz aid olduğu yerdən qopmamalıdır. İnşallah, millət vəkili olsam ilk səfərimi mütləq ölkəmizə edəcəm və mütləq böyüdüyüm yerlərə gedəcəm.
-Ölkəmizi orada necə təbliğ etmək istərdiniz?
- Təbii ki, əlimdən gəldiyi qədər yüksək səviyyədə təbliğ etməyə çalışıram. Yeni səfirimiz Xəzər İbrahim də çox gözəl və çalışqan insandır. İnanıram ki, onunla birgə və onun da dəstəkləri ilə gözəl işlər görəcəyik. Amma TBMM millət vəkili olaraq görmək istədiyim çox işlər var. Özəlliklə də Xocalı soyqırımı ilə əlaqədar.
-Azərbaycan diasporunu Türkiyədə necə aktivləşdirmək olar?
- Azərbaycan diasporu Türkiyədə aktivdir və daha da aktivləşdirmək olar. İnanıram ki, bu sahədə də Fuad Muradovla birlikdə çox işlərimiz olacaq. Hər nə qədər “bir millət, iki dövlət” desək də, iki ölkə arasında geniş iş birliklərinə daha çox ehtiyac var və hər şeyi dövlətlərdən də gözləmək olmaz. Bizlər də üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. İnanıram ki, 24 iyundan sonra hər şey daha da gözəl olacaq. Bütün sahələrdə əməkdaşlıqlarımız daha da sürətlənəcək...
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info