Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar
Tarix: 02.05.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar ölkəmizin hər bir yerində olduğu kimi, YAP Pirallahı rayon təşkilatı da silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdə YAP Pirallahı rayon təşkilatının fəalları ilə yanaşı, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri də aktiv iştirak edirlər. “Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi " münasibəti ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının tədbirlər planına əsasən, YAP Pirallahı rayon təşkilatının və 186 nömrəli məktəbin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində iştirakçılara mərkəzin əməkdaşları tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə, Azərbaycan xalçaçılıq məktəbini əks etdirən xalçalardan və milli geyimlərdən ibarət sərgilər ilə tanış olublar.
Heydər Əliyev Mərkəzinə ekskursiyadan xoş təəssüratlarla qayıdan şagirdlər Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qərargahında və Heydər Əliyev mərkəzində xatirə şəkilləri çəkdiriblər.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info